Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:32

Guardian yazır ki, Azərbaycan Eurovisionda səslərin sayılmasında yenilik edib


Eurovision qalibi Loreen: "Rəqsimin mənası "Azadlıq" demək idi"
Gözlə

No media source currently available

0:00 0:03:09 0:00

Eurovision qalibi Loreen: "Rəqsimin mənası "Azadlıq" demək idi"

-



Britaniyada çap olunan “Guardian” qəzetinin əməkdaşı Mark Lawson öz köşəsində yazır ki, Eurovision Mahnı Müsabiqəsi uzun zamandır ki, Avropada siyasətçilərin bombalar əvəzinə balladalar vasitəsilə savaşıdır. O hesab edir ki, 2012-ci ildə keçirilmiş bu yarışma indiyə qədər ən çox siyasiləşmiş tədbir oldu.

Yunanıstanda yaşanan böhran bu müsabiqənin əsas iştirakçıları arasında da gərginliyə səbəb oldu. BBC televiziya şirkəti yarışmaya ev sahibliyi edən Azərbaycanda insan hüquqlarının pozulması və mətbuata senzuralarla bağlı bir neçə veriliş hazırladı. Müsabiqə başlanmazdan bir neçə saat əvvəl siyasi fəalların həbs olunması ilə bağlı xəbərlər gəldi.

BBC-də adətən müsabiqə iştirakçılarının geyimləri və mahnı sözləriylə bağlı şərhlər verən əməkdaşı Norton belə məsələləri qeyd etməlidimi: “Xəbərlərdə eşitməmiş olmazsız, Azərbaycanda etirazlar və həbslər olub, amma mən hər hansı pis şey görməmişəm İsveçdən olan iştirakçı “Burda bəzi insan haqları məsələləriylə bağlı açıq çıxış edib” və əgər qalib gəlsə, səhnədən də belə çağırış edə bilər. O qalib gəldi, amma etmədi.

Səsverməyə ayrılan zamanda 120 milyonluq qlobal auditoriya qarşısına prezidentin kürəkəni Emin Ağalarovun ifasına yer ayrılması bu hakimiyyətin öz demokratik imicini çətin ki qaldıra.

Hər halda Britaniyadan Humperdinck qalib gəlsəydi, biz Cameron və Cleggin uşaqlarını 2013-cü il Eurovision yarışmasındakı fasilədə səhnəyə çıxartmayacaqdıq.

Ölkəsinin narahat imicini nəzərə alaraq Azərbaycan televiziyası qeyri-adi bir addım atdı: "Eurovision" tarixi boyunca ilk dəfə Azərbaycanda əlavə sensor köşk əsasında qeyri-rəsmi səsvermə keçirildi ki, səslərin hesablanmasına dair şübhələri aradan qaldırsın.

Yəqin elə alman münsiflər heyətinin rəhbəri də bundan cəsarətlənib daha kəskin siyasi çıxış etdi. “Səs vermək imkanı olmaq və seçim imkanına malik olmaq yaxşı şeydir”, deyə o bəyan etdi. “Bu yolda sənə uğurlar, Azərbaycan!”
XS
SM
MD
LG