Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:32

Clinton Azərbaycanla Ermənistan arasında ciddi qarşıdurma haqda xəbərdarlıq edib


Dövlət Katibi Hillary Clinton Yerevanda mətbuat konfransında. 4 iyun, 2012-ci il.
Dövlət Katibi Hillary Clinton Yerevanda mətbuat konfransında. 4 iyun, 2012-ci il.
-



ABŞ Dövlət Katibi Hillary Clinton iyunun 4-də xəbərdarlıq edib ki, Azərbaycanla Ermənistan arasında gərginlik sərhəd boyu münaqişələrə səbəb ola bilər.

Hazırda Yerevanda olan Dövlət Katibi Ermənistanda prezident Serzh Sarkisian və başqa rəsmilərlə görüşündə Azərbaycanın daxilində etnik erməni separatçı region olan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həllinə dair müzakirələr aparıb.

İyunun 4-də səhər saatlarında Ermənistan Azərbaycan tərəfdən keçən silahlı qrupla atışmada 3 əsgərinin öldüyünü bildirib. Azərbaycan bu hadisədən xəbərsiz olduğunu, ola bilər Ermənistan ordusunun daxili qarşıdurma yarana bildiyini deyib.

Ermənistanın Müdafiə Nazirliyi atışmada daha bir neçə əsgərinin də yaralandığını bildirir.
Hillary Clinton bildirib ki, vəziyyətin təhlükəli gərginləşməsindən və itkilərdən son dərəcə narahatdır. Dövlət Katibi Azərbaycan və Ermənistanı mübahisələrinin güc yolu ilə həll etmək cəhdindən çəkinməyə çağırıb.
Dövlət Katibi Hillary Clinton Ermənistan prezidenti Serzh Sarkisianla görüşdə, Yerevan, 4 iyun, 2012-ci il.
Dövlət Katibi Hillary Clinton Ermənistan prezidenti Serzh Sarkisianla görüşdə, Yerevan, 4 iyun, 2012-ci il.

Yerevanda Ermənistanın Xarici İşlər naziri Eduard Nalbandianla birgə mətbuat konfransında Clinton deyib: “Gücdən istifadə Dağlıq Qarabağ münaqişəsini həll edə bilməz. Ona görə də güc tətbiq olunmamalıdır.”

1990-cı illərdə erməni qüvvələri Azərbaycasnın Dağlıq Qarabağ regionu və onun ətrafında bir neçə rayonu işğal edərkən müharibədə 30 000 nəfərdən çox adam həlak olub. Döyüş əməliyyatları 1994-cü ildə imzalanmış atəşkəs razılaşması ilə dayandırılıb. Amma tərəflər arasında tez-tez tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.

Yerevanda olarkən Hillary Clinton Türkiyəni də Ermənistanla münasibətləri nizamlamağa çağırıb.

Türkiyəyə ərazi iddiaları və Azərbaycan ərazilərini işğal etdiyinə görə Ankara 1993-cü ildən Yerevanla əlaqələri kəsib, sərhədləri isə bağlayıb.

Regiona səfərini davam etdirən Hillary Clinton iyunun 5-də Gürcüstana, 6-da Azərbaycana, 7-də isə Türkiyəyə gedəcək.
XS
SM
MD
LG