Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:24

Xuraman Hüseynzadə. Bəlkə “əcəb edib həbs ediblər” deyəsiniz?!


Young Azeri poet Khuraman Huseynzade
Young Azeri poet Khuraman Huseynzade
Xuraman Hüseynzadə


BƏLKƏ "ƏCƏB EDİB HƏBS EDİBLƏR" DEYƏSİNİZ?!


İki gəncimiz şəriət qanunları ilə idarə olunan bir ölkədə həbs olunub. Bu, kifayət qədər ciddi hadisədir. İranın daha sərt qanunlarla idarə olunması Şəhriyarın və Fəridin həyatının təhlükə altında olduğunu deməyə əsas verir.

Gənclərin həbs olunduqları vaxtdan indiyədək keçirdikləri sarsıntı, qorxu, həyəcan başqa söhbətin mövzusudu. Azərbaycan hökumətinin olaya səthi yanaşması, gecikmiş bəyanatlar, İranda əsirlikdə olan şairlərimizə göstərilən münasibət Macarıstandakı diri şəhidimiz Ramil Səfərova bəslənən ögey münasibətin oxşarıdı...

Belə qənaətə gəlmək olur ki, ölkədən kənarda başımıza nə gəlsə, Azərbaycan hökumətindən mərhəmət, kömək ummağımız mənasızdır. Bu ölkə öz vətəndaşlarının taleyindən sorumlu deyil. Yeri gəlmişkən, əgər belədirsə, yaxşı olar ki, bu barədə qanun qəbul olunsun və biz də öz işimizi bilək... Gənclər həbsdədir. Hər kəs olaya bir cür şərh verir. Nə etmək lazım olduğunu bilən aidiyyatı qurumlar hələ ki ciddi tədbir görmək fikrindən çox uzaqdırlar. Belə məqamda astagəllik nümayiş etdirən Azərbaycan hakimiyyəti məsələn, şəhərin hansısa bir tərəfində 3-5 müxalifətçinin keçirdiyi piketi anında dağıdır. Gələlim, söhbətin məğzinə. Bu gənclərin zəif və ya yaxşı yazmasından asılı olmayaraq, onlar şair kimi təqdim olunur-həbslərinə səbəb də poeziya festivalında iştirak etmələri olub. Olaya ilk münasibət haradan, kimdən gəlməliydi? Təbii ki, Azərbaycan Yazıçılar Birliyindən, Birliyin sədrindən. Amma necə oldu? Şairlərin həbsinə AYB sədri xeyli zaman keçdikdən, obrazlı desək, yay vaxtına keçdikdən sonra-qış yuxusundan oyanıb, gərnəşib münasibət bildirdi. O, gec də olsa, münasibət bildirdi-şairlərin azad olunması üçün daha bir addım atıldı. Başqa yazarlar da münasibət bildirdi. Amma necə?

Hə... Bir para yazar yaxasını kənara çəkib elə sözlər dedi ki, “əcəb edib, həbs ediblər” desəydilər, bundan yaxşı idi. Çox güman ki, Şəhriyar və Fərid onların həbsinə etinasız münasibət bəsləyən həmin yazarlarla bir masa arxasında araq içsəydilər, onlar barədə mətbuatda ancaq xoş sözlər yazsaydılar, indi ciddi-cəhdlə onların müdafiəsinə qalxmış, fürsəti fövtə verməyib Anarın az qala, üz-gözünü cırmışdılar... Baxmayaraq ki, Fərid AYO-çularla əks mövqedə dururdu, dar gündə bunun qisası alınmamalıydı. Mİn təəssüf!!!

Maraqlıdı, bu adamlar özləri Allah eləməmiş, həbsdəki şairlərin yerinə olsaydılar və onlara da o cür etinasız münasibət bəslənsəydi, nə edərdilər? Bu sualın tək bir cavabı var: indi İran kəşfiyyatına işləyirdilər...

***

Henrix Böll vəfat etmişdi. Qəbristanlıqdakı kiçik kilsəyə qoyulmuş tabutun önündə dördcə əklil vardı. Ailəsi xahiş etmişdi ki, əklillərə, güllərə veriləcək pulları təqib olunan, günahsız yerə cəzalandırılan yazıçılara, onların ailəsinə kömək etmək üçün PEN-Klubun yardım fonduna köçürsünlər..
XS
SM
MD
LG