Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:22

Heydər Əliyev Mərkəzində yanğın olub [Video]


Heydər Əliyev Mərkəzində yanğın
Gözlə

No media source currently available

0:00 0:02:10 0:00
Direct-ə keçid

Heydər Əliyev Mərkəzində yanğın

-
«BU GÖZƏLLİYİ YENİDƏN GÖRƏ BİLƏCƏYİK»

Memar Elçin Əliyev Heydər Əliyev Mərkəzini son illər Azərbaycanda inşa olunan ən yaxşı memarlıq abidələrindən biri hesab edir. Baş vermiş hadisədən təəssüflənərək bildirir ki, yeni tikilən binalarda bu cür halların baş verməsi labüddür:

«Yeni tikilən binalarda həmişə problemlər olur. Məsələn, elektrik naqillərində, lift şaxtalarında və s. Çox təəssüf ki, belə bir memarlıq abidəsində da nasazlıq baş verdi. Amma mən əminəm ki, tez bir zamanda binaya dəymiş ziyan aradan qaldırılacaq və biz bir neçə aydan sonra bu gözəlliyi yenidən görə biləcəyik».

BU QƏDƏR VƏSAİT HESABINA TİKİLƏN MƏRKƏZDƏ...

İqtisadçı-ekspert Natiq Cəfərli də yeni tikililərdə hər hansı fövqəladə hadisənin baş verməsini normal hadisə kimi qiymətləndirir. Onun fikrincə, əsas məsələ bu hadisələrin qarşısının alınması üçün binalarda təhlükəsizlik sistemlərinin quraşdırılmamasıdır. Natiq Cəfərli ötən həftə Türkiyədə yeni inşa olunan binadakı yanğınla Heydər Əliyev Mərkəzindəki yanğını müqayisə edir:

«Keçən həftə İstanbuldakı «Polad Tower»in ofis binasının üst qatında da Heydər Əliyev Mərkəzində olduğu kimi yanğın olmuşdu. Amma yanğınsöndürənlər gələnə qədər binada «ağıllı yanğınsöndürmə sistemi» işə düşərək yanğını söndürmüşdü. Dünyada bu tipli müasir binalarda bu cür təhlükəsizlik sistemlərindən istifadə olunur və illərdir tətbiq olunur. Bu qədər vəsait hesabına inşa olunan Heydər Əliyev Mərkəzində belə təhlükəsizlik sistemlərinin quraşdırılmaması xeyli suallar doğurur».

Heydər Əliyev Mərkəzi 2007-ci ildən inşa olunur. Mərkəzin inşasına müxtəlif illərdə dövlət büdcəsindən ümumilikdə 251.1 milyon manat vəsait ayrılıb. Mərkəz 2012-ci il mayın 10-da - Heydər Əliyevin 89 illik yubileyində istifadəyə verilib.

İyulun 10-da prezident İlham Əliyev Heydər Əliyev Mərkəzinə direktor təyin edilməsi haqqında sərəncam imzalayıb. Bu posta Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov təyin olunub.

Mərkəzin açılış mərasimində prezident İlham Əliyev və ailəsi, hökumət rəsmiləri iştirak edib.

YANĞINLA BAĞLI RƏSMİ MƏLUMAT

Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətləri Heydər Əliyev Mərkəzindəki yanğınla bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, bu gün saat 11:30 radələrində H. Əliyev prospektində yerləşən Heydər Əliyev Mərkəzinin muzey hissəsinin tavanında yanğın olub.

«Dərhal hələlik səbəbi bəlli olmayan yanğın hadisəsinin qarşısının alınması məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti və maşın, mexanizm, helikopterləri cəlb edilməklə qarşısı alınıb. Yanğının genişlənməsinə və binanın içəri hissəsinə keçməsinə imkan verilməyib».

Heydər Əliyev Mərkəzinin tavanından başqa, binanın içərisinə, zallarına və digər yerlərinə heç bir zərər dəyməyib.

Yanğınsöndürənlərdən və binanın mühafizə işçilərindən xəsarət alan olmayıb.
Yanğının baş vermə səbəblərinin istintaq yolu ilə araşdırılması məqsədilə Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə (yanğın təhlükəsizliyi qaydalarının pozulması) Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi başlanıb.

İstintaq-əməliyyat qrupunun tərkibinə Fövqəladə Hallar Nazirliyinin Yanğınların təhqiqatı və sınaq laboratoriyasının mütəxəssisləri, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri və digər hüquq mühafizə orqanlarının təcrübəli əməkdaşları daxil edilib.

Məlumatda bildirilir ki, yanğının baş vermə səbəbləri və araşdırmanın nəticələri haqqında ictimaiyyətə əlavə məlumat veriləcək.

YANĞIN SÖNDÜRÜLDÜ

AzadlıqRadiosunun müxbiri xəbər verir ki, yanğın artıq söndürülüb.

Hələlik mediaya rəsmi açıqlama verilməyib.

APA-nın məlumatına görə, Baş nazirin müavini Abid Şərifov, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov, Səhiyyə naziri Oqtay Şirəliyev, Nəqliyyat naziri Ziya Məmmədov, Bakı şəhər prokuroru Əziz Seyidov hadisə yerindədir.

50-DƏN ARTIQ YANĞINSÖNDÜRMƏ BRİQADASI CƏLB OLUNUB

Heydər Əliyev Mərkəzində başlamış yanğının miqyası böyüməkdədir. APA-nın məlumatına görə, yanğını söndürmək üçün əraziyə 50-dən artıq yanğınsöndürmə briqadası gəlib.

Heydər Əliyev Mərkəzində yanğın AzadlıqRadiosunun canlı yayımının təkrarı

Heydər Əliyev Mərkəzində yanğın AzadlıqRadiosunun canlı yayımının təkrarı

Your browser does not support iframes.

Heydər Əliyev Mərkəzində yanğın AzadlıqRadiosunun canlı yayımının təkrarı

Heydər Əliyev Mərkəzində yanğın AzadlıqRadiosunun canlı yayımının təkrarı

Your browser does not support iframes.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, nəqliyyat naziri Ziya Məmmədov da hadisə yerindədir. Alovun söndürülməsinə yanğınsöndürən vertolyotlar cəlb olunub.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ və hospital işlərinin təşkili şöbəsinin böyük həkimi Zemfira Vahidovanın APA-ya verdiyi məlumata görə, hadisə yerinə 5 təcili tibbi yardım briqadası göndərilib. Hələlik yanğınla əlaqədar hər hansı şəxsin xəsarət almasına dair müracitə daxil olmayıb. Stansiyadan bildiriblər ki, tüstüdən boğulma hadisələrinin baş vermə ehtimalı olduğundan briqadalar hadisə yerində fəaliyyətini davam etdirilir.

HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ YANĞIN

Fövqəladə Hallar Nazirliyinin 112 xidmətindən AzadlıqRadiosuna verilən məlumata görə, hadisə yerinə 10-a yaxın yanğınsöndürən maşın göndərilib.

AzadlıqRadiosunun hadisə yerində olan müxbirləri mərkəzdən güclü tüstü dalğasının qalxdığını xəbər verirlər.

Hazırda yanğının qarşısı alınır.

HEYDƏR ƏLİYEV MƏRKƏZİ BU İL MAYIN 10-DA AÇILIB

İnşasına 2007-ci ildən başlanılan Heydər Əliyev Mərkəzinə müxtəlif illərdə dövlət büdcəsindən ümumilikdə 251,1 milyon manat vəsait ayrılıb. Mərkəz 2012-ci il mayın 10-da - Heydər Əliyevin 89 illik yubileyində istifadəyə verilib.

İyulun 10-da prezident İlham Əliyev Heydər Əliyev Mərkəzinə direktor təyin edilməsi haqqında sərəncam imzalayıb. Bu posta Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov təyin olunub.

Mərkəzin açılış mərasimində prezident İlham Əliyev və ailəsi, hökumət rəsmiləri iştirak edib.

Bir azdan saytımızda hadisə yerindən daha ətraflı video görüntü olacaq.

HADİSƏ YERİNDƏN ÇƏKİLMİŞ FOTOLAR

XS
SM
MD
LG