Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:20

Səhər Televiziyasının müxbirinin cəzası yarıbayarı azaldıldı


Anar Bayramlı
Anar Bayramlı
Avqustun 2-də Bakı Apelyasiya Məhkəməsi İranın «Səhər» televiziyasının müxbiri Anar Bayramlı barəsində Binəqədi rayon məhkəməsinin hökmünü dəyişib. Jurnalistin cəzanı 2 ildən 1 ilə endirilib. Bu barədə AzadlıqRadiosuna jurnalistin vəkili Anar Qasımlı məlumat verib.

«Biz ona tam bəraət verilməsini istəyirdik. Bu baxımdan da Binəqədi rayon məhkəməsinin qərarından apelyasiya şikayəti verdik. Məhkəmə şikayətimizi qismən təmin elədi. Son 2 ildə ilk dəfədir ki, məhkəmə prosesindən xoş əhval-ruhiyyə ilə çıxıram».

Vəkil deyir ki, onlar jurnalistə tam bəraət verilməsi ilə bağlı müraciətlərini yenə davam etdirəcəklər.

«Səhər» telekanalının müxbiri Anar Bayramlı 2012-ci il fevralın 17-də Binəqədi rayon 4-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb və onun üzərindən 0, 0387 qram heroin tapıldığı bildirilib.

Jurnalistə qarşı Cinayət Məcəlləsinin qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri hazırlama, saxlama və ya satma ilə ittiham irəli sürülüb.

İyunun 9-da Binəqədi rayon məhkəməsi Anar Bayramlı barəsində 2 il azadlıqdan məhrum etmə hökmü çıxarıb.
XS
SM
MD
LG