Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:48

Qubada həbs olunanların işi məhkəməyə göndərilir


-
Quba hadisələrinə görə həbs olunmuş Alxas Daniyalovun işi Quba rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin nə vaxt keçiriləcəyi isə məlum deyil.

Bu haqda AzadlıqRadiosuna A.Daniyalovun vəkili Rəfiqə Seyidova məlumat verib.

Quba hadisələrinə görə həbs olunan Səfər Qəriblinin vəkili Səfər Hüseynov da müdafiə etdiyi şəxsin işinin Quba rayon Məhkəməsinə göndərildiyini bildirib.

Həmin hadisələrdə ittiham olunan Akif Əliyevin vəkili Əshabəli Mustafayev isə deyib ki, müdafiə etdiyi şəxsin işinin istintaqı sentyabrın 18-də bitməlidir:

«Ancaq heç bir istintaq hərəkəti keçirilmir».

«Xəyal» televiziyasının icraçı direktoru Vüqar Qonaqov və redaktor Zaur Quliyevin həbs müddəti də sentyabrın 17-ə qədər uzadılıb.

Bu il martın 1-də Qubada icra hakimiyyətinin başçısı Rauf Həbibovun istefası tələbilə etiraz aksiyası keçirilib. Aksiyaçılar Rauf Həbibovun ötən il noyabrın 22-də sosial məsələlərin müzakirəsinə həsr olunmuş müşavirədə səsləndirdiyi bəzi fikirləri qubalılara hörmətsizlik sayıblar. Hadisələrdən bir neçə gün əvvəl isə internetdə Rauf Həbibovun həmin müşavirədəki çıxışının videosu yayılmışdı.

Martın 2-də Rauf Həbibov Quba rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Qubada baş verənlərin istintaqını Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır. 30-dan çox adam istintaqa cəlb olunub. Onlardan bəziləri haqqında həbs-qətimkan tədbiri seçilib. Onlar Cinayət Məcəlləsinin 233 (ictimai qaydanın kütləvi pozuntusunu təşkil etmə və iştirak etmə) və 186.1 (özgə əmlakına ziyan vurmaq) maddələri ilə ittiham olunur.
XS
SM
MD
LG