Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:50

Günel Mövlud: "İnsanın peyğəmbərə ironik yanaşmaq haqqı var"


Peyğəmbərləri tənqid etmək olmaz?
Gözlə

No media source currently available

0:00 0:30:14 0:00
Direct-ə keçid

Peyğəmbərləri tənqid etmək olmaz?

-


Günel Mövlud: "Niyə sizin kimi elmli müsəlmanlar cahil müsəlmanların əlində aciz qalıblar? O Islam niyə həmin səfiri, Rafiq Tağını qorumadı?"

Elşad Miri: "Xanım şairə olduğuna görə məsələyə ədəbi yöndən yanaşır. Amma bu deyilənlər demokratiya anlayışına, insan haqlarına ziddir".


Peyğəmbəri tənqid etmək olarmı? Jurnalist və şairə Günel Mövludla ilahiyyatçı Elşad Miri “Penklub”da bu haqda danışdılar.


“MÜSƏLMANLAR PLANLI TƏXRİBATA PLANSIZ ETİRAZ EDİRLƏR”

Elşad Miri:

- “Müsəlmanlarin məsumluğu” filminin əvvəlini gördüm və məndə fikir dəyişikliyi olmasın deyə sonrasına baxmadım. Bu, tamamilə təhqirdir. Bu bir təxribatdır. Bu filmin yayılmasının 11 sentyabr hadisələrinin ildönümünə təsadüf etməsi, daha sonra Liviyada səfirin öldürülməsi, hadisələrin Avropaya sirayət etməsi və müəyyən qrupların, şərhçilərin bu etirazlara görə müsəlmanları gözdən salmaları, təbii ki, planlı təxribatdır.

Elşad Miri
Elşad Miri

Amma müsəlmanlar bu planlı təxribata plansız etiraz edirlər. Bu etirazlar da həmin təxribatçı filmi çəkənlərin dəyirmanına su tökür. İslamda səfirlərin toxunulmazlığı var, amma səfir öldürülür. Bəyəm səfiri öldürənlər müsəlmanlardımı? Bunun kökünü araşdırmaq lazımdır.

“KOSMOSA UÇMUŞ İNSANIN PEYĞƏMBƏRƏ İRONİK, POSTMODERN YANAŞMAĞA HAQQI VAR”

Günel Mövlud:

- Filmin 20 dəqiqəsinə baxmışam və düşünürəm ki, o cür film çəkmək rejissorun özünə hörmət hissini itirməsidir. Bu, işin bədii tərəfidir. Həmin rejissoru tamaşaçı kimi gözümdən salan da ortaya qoyduğu mövzunun bədii həllini tapmamasıdır. Ancaq 14 əsr sonra, buxar maşınını, elektriki icad etmiş, kosmosa uçmuş, Yerin-göyün sirlərinə vaqif olmuş sivil insanın istənilən peyğəmbərə ironic, postmodern yanaşma haqqı var. Təbii ki, filmdə təhqir elementləri varsa, mənəvi cəhətdən sarsılmış insanlar həmin rejissoru məhkəməyə verə bilərlər, mədəni təzyiqlər ola bilər. Amma peyğəmbər olub deyə, din, “Quran” gətirib deyə - həmin filmdə birbaşa təhqir elementləri görmədim, filmin çəkilmə üsulunu təhqiramiz saymaq olar – verilən cavabın bu qədər vəhşi olması filmin qəbahətindən qat-qat artıqdır.

“XANIM ŞAİRƏ OLDUĞUNA GÖRƏ…”

Elşad Miri:

- Xanım şairə olduğuna görə məsələyə ədəbi yöndən yanaşır. Amma bu deyilənlər demokratiya anlayışına, insan haqlarına ziddir. Təxribat törətdiyinə görə, bu adamın

Proqramın aparıcısı Şahnaz Bəylərqızı
Proqramın aparıcısı Şahnaz Bəylərqızı

gördüyü iş də cinayətdir. Bu filmi ortaya qoyan istədiyinə nail oldu.

Burda uduzanlar isə müsəlmanlar oldu. Dünyaya sivil etiraz göstərə bilmədilər. Həmin etirazlar nəticəsində Youtube, Google həmin görüntüləri yığışdırdımı? Xeyr!

Bu gün müsəlmanlar güclü olmalıdırlar, söz sahibi olmalıdırlar. Bir məqamı da deyim.

Müsəlmanlar musəviliyi, xristianlığı təhqir edə bilməzlər, “Quran”da bu, qadağan edilir. Hətta İsa peyğəmbərlə, Məryəmlə bağlı məsələ çıxanda ilk etiraz edən müsəlmanlar olub və olacaq. Bu, müsəlmanların tolerantlığıdır.

“O İSLAM NİYƏ SƏFİRİ, RAFİQ TAĞINI QORUMADI?”

Günel Mövlud:

- Xristianlıq özünütənqid mərhələsini artıq keçib. Roma papası inkvizisiyaya görə üzr istəyib, İsa peyğəmbərin o qədər də yaxşı təqdim edilmədiyi xeyli əsərlər yazılıb, filmlər çəkilib və müəlliflərə heç nə olmayıb…

Bir də, sizin təqdim etdiyiniz Islam çox humanistdir, çox yaxşıdır. Bəs niyə bu Islama əsaslanaraq qətllər törədirlər, yaradıcı adamların ölümünü sifariş edirlər? Niyə sizin kimi elmli müsəlmanlar cahil müsəlmanların əlində aciz qalıblar? O Islam niyə həmin səfiri, Rafiq Tağını qorumadı?..

Günel Mövlud
Günel Mövlud

“LİVİYADA QADDAFİNİN O CÜR ÖLDÜRÜLMƏSİ İSLAM DEYİL”

Elşad Miri:

- Mən Islamı o cür görsəydim, Islamı bilməsəydim, bəlkə də ən böyük ateist olardım.

Bu günkü müsəlmanlar peyğəmbəri özlərinə nümunə götürmürlər. İrandakı Islam deyil.

Liviyada Qaddafinin o cür öldürülməsi də Islam deyil.

Günel Mövlud:

- Rusiyada “Pussy Riot” qrupu var. O qrupun üzvü olan qızlar kilsədə açıq-saçıq paltarda, vulqar ifadələrlə mahnı oxudular və Putinə etirazlarını bildirdilər.

Əvvəla heç bir xristian o qızları öldürməyi düşünmədi.

Halbuki hamısı deyirdi ki, bizim hisslərimiz təhqir olunub və sair. İkincisi, özünü inanclı insan kimi təqdim edən xeyli məşhur o qızlara dəstək durdular. Niyə Islam da bu sivilliyə gələ bilmir?

Elşad Mİri:

- İslam həmişə sivildir. Peyğəmbərin dövründə bir bədəvi məsciddən ayaqyolu kimi istifadə edir.

Buna etiraz etmək istəyəndə peyğəmbər deyir ki, dəyməyin, işini qurtarsın. Peyğəmbər özü oranı yuyub təmizləyir. Həmin bədəvi bundan təsirlənib Islamı qəbul edir.

"Pen klub" proqramı, 2012

Elşad Miri və Günel Mövlud
Elşad Miri və Günel Mövlud

XS
SM
MD
LG