Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:44

“Lolita” tamaşasına imkan verilmədi


-

Peterburqun “Erarta” müasir incəsənət muzeyində göstərilməli olan “Lolita” tamaşası ləğv edilib.

Özünü “kazaklar” kimi təqdim edən bir qrup şəxs muzeyə məktub yollayaraq tamaşaya etiraz etmiş, onun pedofiliyanı təbliğ etdiyini bildirmişdi.

Rusiyanın əməkdar artisti Leonid Mozqovoy deyib ki, monotamaşanı 1985-ci ildən bəri göstərir və orada “pornoqrafiya yoxdu”, sadəcə "mövzu - ağır mövzudur":

“Bu, sonu olmayan sevgiyə yazılmış himndir. Bu gözəl əsər böyük rus yazıçısının qələmindən çıxıb. Bu tamaşa təkcə Nabokovun yox, həm də gözəl pedaqoq Çernozemovun yaradıcılığının məhsuludur. Biz mənəviyyatsız əsərlərə müraciət etmirik. Mənim üç uşağım və üç nəvəm var”.

Mozqovoy deyib ki, tamaşaya etiraz edilirsə, "onda gəlin Veneranın heykəlinin də üstünə örtük salaq, Herakla isə tuman geyindirək".

Bununla belə Mozqovoy “qalmaqal və xoşagəlməz hadisələrin baş verməməsi üçün" tamaşanı muzeydə göstərməməyə qərar verib.

Muzeyə məktub yollayanlar Nabokovun əsərinin “küfr” olduğunu bildirmiş və ləğv edilməyəcəyi halda tamaşaya “kazak metodları” ilə mane olacaqları haqda xəbərdarlıq etmişdilər.



“Lolita” rus-amerikan yazıçısı Vladimir Nabokovun fransızca yazdığı və 1955-ci ildə çap edilmiş romanıdır. Əsər yaşlı kişinin 12 yaşlı qıza sevgisi haqdadır.

“Time” jurnalı romanı dünyanın 100 ən yaxşı romanı siyahısına salıb. Roman əsasında iki dəfə film çəkilib.

Bir neçə həftə əvvəl isə Rusiyanın Rostov-Don şəhərində İsa peyğəmbər haqda rok-operanın göstərilməsinin qarşısı alınıb.
XS
SM
MD
LG