Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:45

“Elə kitablar yazmağa çalışıram ki, onları özüm də oxuyardım”


Orxan Pamuk
Orxan Pamuk
-

“Mən elə kitablar yazmağa çalışıram ki, onları özüm də oxuyardım”.

Tanınmış türk yazıçısı Orxan Pamuk bunu Polşaya səfəri zamanı jurnalistlərlə söhbətində bildirib:

“Nobel mükafatlı yazar həyatı yaşamaq həqiqətən də böyük sevincdir” – deyən Pamuk qeyd edib ki,

“Mənim dünyada çoxlu oxucularım var və indi onlar qarşısında daha məsuliyyətli olmalıyam. Onlar üçün gözəl əsərlər yaratmalıyam. Elə əsərlər ki, onlara gözəl hisslər aşılasın”.

Polşanın Krakov şəhərində keçirilən 4-cü Konrad Festivalının qonağı olan türk yazar Yaqellon Unoversitetinin ağzınacan dolu auditoriyasında da çıxış edib.

Onun sözlərinə görə, bitirdiyi əsərlərdən heç zaman razı qalmır.

“Məndə heç zamanı romanı bitirmək hissi yaranmır. Hər şeyi düzəltmək, təkmilləşdirmək olar. Amma elə bir məqam gəlir ki – iqtisadçılar demiş – məhsuldarlığım azalır”.

Konraddan (polyak əsilli Jozef Korzeniowski) fərqli olaraq Pamuk üçün öz Vətənindən kənarda bədii yaradıcılıqla məşğul olmaq çətindir.

“Mən müəyyən bir mühitdə qalmalı, eyni yerdə, eyni şəhərdə, eyni küçədə yaşamalıyam” – deyə yazıçı bildirib.

Pamuk Krakovda yalnız bir gün - oktyabrın 23-də olub və günorta şəhərin “xüsusi ab-havalı” yerlərindən birinə baş çəkməyi dəyərli muzeyləri ziyarət etməkdən üstün tutub.

O, şəhərin əsərlərcə yaşı olan və piştaxtaları indi Polşa meşələrindən yığılmış göbələklərlə dolu Stary Kleparz bazarına yollanıb.

“Polşa Press” Agentliyinə istinadla oxuzali.az
XS
SM
MD
LG