Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:49

20 oktyabr aksiyası iştirakçılarından daha 2-si azadlıqda


Arxiv foto: 20 Oktyabr aksiyası
Arxiv foto: 20 Oktyabr aksiyası
-

20 oktyabr aksiyasında həbs edilən AXCP Cəlilabad rayon şöbəsinin sədri Təzəxan Mirələmli və AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı oktyabrın 28-i axşam saatlarında azadlığa çıxıblar. Onlar 8 sutka inzibati həbslə cəzalandırılmışdı.

Bu haqda AzadlıqRadiosuna Təzəxan Mirələmli məlumat verib.

Təzəxan Mirələmli deyib ki, həbs müddətində saxlanma şəraitləri yaxşı olub. Ancaq tutulan vaxt polis təzyiqlərinə, hədə-qorxuya məruz qalıblar.

Bundan bir gün öncə isə 20 oktyabr aksiyasında həbs edilən Müsavat Partiyasının üzvləri Elşad Budaqov, Şahin Mirzəli, AXCP sədrinin müşaviri Şakir Abbasov, «Nida» Vətəndaş Hərəkatının üzvü Turqut Qəmbər, «Azad Gənclik» təşkilatının sədri Ülvi Həsənli və AXCP sədri Əli Kərimlinin mühafizəçisi Bəhruz Həsənov buraxılıb.

Oktyabrın 20-də bir qrup müxalifyönlü gənc və siyasi fəal paytaxtın Fəvvarələr Meydanında «Parlament buraxılsın!» şüarı ilə razılaşdırılmamış etiraz aksiyası keçirib. Aksiyaya səbəb Yeni Azərbaycan Partiyasının üzvü Gülər Əhmədovanın deputat seçilmək üçün sabiq universitet rektoru Elşad Abdullayevdən rüşvət istədiyi deyilən video olub.

Müxalifətin fikrincə, rüşvətlə formalaşan parlament buraxılmalı və yeni seçkilər keçirilməlidir.

20 oktyabr aksiyası zamanı 13 nəfər barəsində 7-10 sutka həbs qərarı çıxarılmışdı.
XS
SM
MD
LG