Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:52

İ. Əliyev: «Minlərlə bloqqer Azərbaycanın internet məkanında sərbəst fəaliyyət göstərir»


İlham Əliyev
İlham Əliyev
-

«İnternet bu gün təkcə informasiya mübadiləsi məkanı deyil, həmçinin dövlət idarəçiliyi, təhsil, səhiyyə, biznes, bank işi və digər sahələri əhatə edən, yeni dəyərlər yaradan mühitdir».

Bunu prezident İlham Əliyev Bakıda keçirilən VII İnternet İdarəçilik Forumunun iştirakçılarına yazılı müraciətində deyib.

Dövlət başçısının sözlərinə görə, insan azadlıqlarının qorunması müasir internet şəbəkəsinin vacib fəaliyyət istiqamətlərindən biridir:

«İnternet mediasının inkişafı, internetdə fikir və söz azadlığı, sosial şəbəkələrin genişlənməsi, hökumətin açıq və şəffaf fəaliyyətinin təmin olunması, vətəndaşların idarəçilik proseslərinə cəlb edilməsi qlobal şəbəkənin insanlara verdiyi yeni imkanlardır», prezident bildirib.

İlham Əliyev bildirib ki, Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının və internetin inkişafına xüsusi diqqət yetirilir. Respublika əhalisinin təxminən 65 faizi internet istifadəçisidir:

«Təqdirəlayiq haldır ki, Azərbaycanda internet azadlığı mövcuddur. Ölkəmizdə internet-radio və internet-televiziya proqramları, elektron qəzet və jurnallar, xarici və daxili sosial şəbəkələr geniş yayılmışdır. Minlərlə bloqqer Azərbaycanın internet məkanında sərbəst fəaliyyət göstərir. Biz internetin insanlar və xalqlar arasında dostluq əlaqələrinin yaranmasına, bərabərhüquqlu qarşılıqlı hörmət əsasında münasibətlərin qurulmasına yönəlmiş istənilən xoşməramlı fəaliyyətini dəstəkləyirik», prezident İlham Əliyev belə deyib.

VII İnternet İdarəçilik Forumunda internet təhlükəsizliyi, internetin terrorçu məqsədlərlə istifadənin qarşısının alınması kimi məsələlər müzakirə ediləcək. Forum Azərbaycan hökuməti ilə yanaşı Avropa Şurası, Avropa Yayım Birliyi, ATƏT və UNESCO-nun birgə təşkilatçılığı ilə keçirilir.
XS
SM
MD
LG