Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:51

Səfir: «Müxalifətlə görüşlər YAP-ı narahat etməməlidir»


Richard Morningstar
Richard Morningstar
-
ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningstar APA-ya müsahibə verib. Müsahibəni ixtisarla təqdim edirik.

- Bizim administrasiya Azərbaycana yüksək önəm verməkdə davam edəcək. ABŞ və Azərbaycan bir sıra çox önəmli sahələr üzrə ortaq maraqlara malikdir. Bura regional təhlükəsizliyi, Dağlıq Qarabağ məsələsini, İran və Əfqanıstan məsələsini aid etmək olar. Azərbaycan Əfqanıstanla bağlı bizə çox kömək edib. Digər əməkdaşlıq sahəsi enerjidir. Burada biz Azərbaycan iqtisadiyyatının daha çox diversifikasiyasını vacib hesab edirik və bu istiqamətdə Azərbaycanla birgə işimizi davam etdiririk. Bu yaxınlarda keçirilən internetin idarə olunması üzrə forum buna yaxşı bir nümunədir.

Bundan başqa, demokratiya və insan haqları sahəsində biz hökumətlə fəaliyyətimizi davam etdiririk. ABŞ Dövlət katibi Hillary Clinton iyunda ölkəyə səfər edəndə qeyd etmişdi ki, bizim ən yaxşı əlaqələrimiz o hökumətlərlə, o dövlətlərlə olur ki, onlar öz vətəndaşlarının insan haqlarını qoruyur və onları təmin edir. Biz hökumətlə bu istiqamətdə fəaliyyətimizin davam etdirilməsini səbirsizliklə gözləyirik.

- ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində daha fəal rol oynamasını planlaşdırırmı?

- Əlbəttə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması administrasiya üçün yüksək prioritet olaraq qalacaq. Hesab edirəm ki, bu münaqişənin nizamlanması bizim Azərbaycanla əlaqələrimizdə də çox yüksək prioritet təşkil edir. Mən bu münaqişənin nizamlanması üçün Minsk Qrupu ilə fəaliyyətimi davam etdirəcəyəm. Bildiyiniz kimi, Minsk Qrupu münaqişənin nizamlanması üçün çox səylə çalışır və bu yaxınlarda bölgədə növbəti dəfə görüşlər keçiriblər. Ümidvaram ki, bu fəaliyyət və bu görüşlər sonda müsbət nəticə verəcək.

- Bakı-Vaşinqton birbaşa hava reyslərinin təşkil olunmasına aid olan danışıqlar nə yerdədir?

- Ümidvarıq ki, yaxın gələcəkdə ABŞ-la Azərbaycan arasında birbaşa uçuşlar həyata keçiriləcək. Bunun üçün müəyyən icazələrin alınması lazımdır. Amma bu icazələrin alınması ilə bağlı son durumun necə olunmasından xəbərsizəm. Biz iki ölkə arasında birbaşa uçuşlara dair «açıq səma» adlandırılan sazişin əldə olunması yönündə müzakirələrin aparılmasını istəyirik. Mən ABŞ-dan Azərbaycana və əks istiqamətdə birbaşa reyslə uçmağı səbirsizliklə gözləyirəm.

- Siz Azərbaycanın müxalifət partiyaları ilə bir neçə görüş keçirmisiniz, hakim Yeni Azərbaycan Partiyasının nümayəndələri ilə isə hələ də görüşməmisiniz. Bu, onlarda narahatlıq doğurub.

- Belə görüşlər Yeni Azərbaycan Partiyasını narahat etməməlidir. Mən Azərbaycana təyin olunmuş səfirəm və müxtəlif şəxslərlə, qruplarla onların istəyinə əsasən görüşürəm. YAP belə bir görüş istəsə, mən böyük məmnuniyyətlə onlarla da görüşməyə hazıram.

- Azərbaycanın işğal altındakı ərazisində Xocalı hava limanının açılması cəhdlərinə ABŞ-ın münasibəti necədir?

- Düşünürəm ki, hava limanının açılması və orada reyslərin həyata keçirilməsi faydalı olmayacaq. ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəyanatında deyildiyi kimi, bu, regionda gərginliyin artmasına səbəb ola bilər və bu da heç kəsin marağında deyil. Minsk Qrupu eyni zamanda onu da aydın şəkildə bildirib ki, hava limanının istismara verilməsi Dağlıq Qarabağın hüquqi statusuna heç bir təsir göstərməyəcək. Biz ümidvarıq ki, bu məsələ diplomatik və hüquqi yolla həllini tapacaq.

- ABŞ Senatı İrana qarşı sanksiyaları yenidən sərtləşdirib. Yeni administrasiya İranla bağlı problemin diplomatik yolla həlli üçün səylərini gücləndirməyi düşünürmü?

- İran ABŞ administrasiyası üçün çox mühüm və prioritet təşkil edən məsələdir. ABŞ prezidenti çox aydın şəkildə bəyan edib ki, İranın nüvə silahına malik olması qəbuledilməzdir. Bununla yanaşı, prezident qeyd edib ki, məsələnin diplomatik yolla həlli üçün hələ də vaxt var. Ümidvarıq ki, sərt sanksiyalar və diplomatik yolla bu məsələnin həllinə nail olunacaq. Mən bu prosesdə bilavasitə iştirak etmirəm və məndə olan məlumat bununla məhdudlaşır.

- Azərbaycan bu məsələnin həllində faydalı ola bilərmi və nə edə bilər?

- Bəli, İran Azərbaycanla qonşu olan bir dövlətdir. Bu ölkələr arasında geniş və mürəkkəb əlaqələr var. Onların müxtəlif sahələrdə qarşılıqlı əlaqələri mövcuddur. Əgər Azərbaycan İranın mövqeyinə hansısa təsir göstərə bilərsə, bu, əlbəttə ki, çox məqsədəuyğun olar.
XS
SM
MD
LG