Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:44

Strasburq gözləntiləri [Video]


Vətəndaş cəmiyyəti üzvləri Leyla Yunus, Anar Məmmədli və Eynulla Fətullayev Azərbaycanla bağlı iki hesabatı müzakirə etməli olan Avropa Şurasının qış sessiyasından gözləntilərini açıqlayırlar.

-


Eynulla Fətullayev:

- Mən indiyə qədər 10 beynəlxalq təşkilatı özündə birləşdirən bu tərəfdaşlıq qrupunun Türkiyədə, Rusiyada, Ukraynada fəaliyyətinin şahidi olmamışam.

Xədicə İsmayılova:

- Axı bu, Azərbaycan üzrə beynəlxalq tərəfdaşlıq qrupudur.

Eynulla Fətullayev:

- Rusiya, Türkiyə və başqa ölkələr üzrə bu cür tərəfdaşlıq qrupu indiyə qədər formalaşdırılmayıb. Bu da onu göstərir ki, insan haqları siyasiləşdirilir. Mən insan haqlarının siyasiləşməsinin əleyhinəyəm. Mən tərəfdaşlıq qrupuna müraciət etdim ki, bir təşəbbüs qrupu formalaşdıraq və mən sizin bu təşəbbüs qrupunuza bir şərtlə dəstək verməyə hazıram. Gəlin, eyni kampaniyanı Türkiyədə, Rusiyada, Ukraynada, Gürcüstanda aparaq. Gürcüstan parlamenti rəsmi olaraq 180 siyasi məhbusun Gürcüstanda mövcud olması haqda xüsusi qətnamə qəbul edib. Amma əfsuslar olsun ki, nədənsə fokusda ancaq Azərbaycandır. Bu, məndə artıq elə şübhələr oyadır ki, bunun arxasında bir siyasi iradə və siyasi məqsədlər var.

Anar Məmmədli:

- Əvvəla onu qeyd edim ki, yaranmış tərəfdaşlıq qrupu sırf Azərbaycanda siyasi məhbus və ifadə azadlığı ilə bağlı məsələlərlə məşğul olur. Ümumiyyətlə, bu qrup daha çox Azərbaycanda ifadə azadlığının müdafiəsi kontekstində məhz Siz həbsdə olduğunuz dövrdə təsis olunmuş bir qrupdur. Ancaq bu qrupun bir sıra ölkələrdə, o cümlədən Belarusda çox ciddi fəaliyyəti var. Azərbaycanda, digər ölkələrdən fərqli olaraq, siyasi məhbusların sayı kütləvi xarakter daşıyır. Yəni, burda söhbət siyasi məhbusların sayının ildən ilə çoxalmasından və azalmamasından gedir. Siz Belarusa, Rusiyaya, Ukraynaya, Türkiyəyə istinad edirsinizsə, həmin ölkələrlə Azərbaycanın statistikasını müqayisə edin. Bu ölkələrin siyasi məhbus siyahısının artmasında temp necədir və Azərbaycan bu tempdə neçənci yerdədir? Görəcəksiniz ki, Azərbaycan birinci yerdədir. Mən düşünmürəm ki, burada siyasi iradə var. Söhbət ondan gedir ki, Azərbaycan Avropa Şurasının üzvü kimi 2000-ci ildə üzv qəbul olunanda, ölkədə siyasi məhbus probleminin həll olunacağı ilə bağlı öhdəlik götürüb. Söhbət bu öhdəliyin həll olunmasından gedir. Bunları hansısa siyasi motivlər, dövlətlərin siyasi iradəsinin nümayişi kimi qiymətləndirmək düzgün deyil. Biz bir hüquq müdafiəçisi və vətəndaş cəmiyyətinin üzvü kimi məsələyə daha çox insan hüquqları və azadlıqları kontekstində münasibət bildirməliyik.

Xədicə İsmayılova:

- Eynulla bəy, Gürcüstanda və Türkiyədə siyasi məhbusların olması əlbəttə ki, pis hadisədir. Niyə orda siyasi məhbusların olması Azərbaycanda da siyasi məhbusların olmasına haqq qazandırsın?

Eynulla Fətullayev:

- Qətiyyən haqq qazandırmır. Cənab Strasser-in Azərbaycana gəlməsinin təşəbbüskarlarından biri mən olmuşam. Çox sıx şəkildə bu institutla əməkdaşlıq etmişəm. Hətta həmin siyahının formalaşmasında mənim xüsusi rolum var və bunu da həm Strasser-in özü, həm də insan haqları üzrə komitənin katibliyi bilir. Mən bu gün katibliyin rəhbərinin müavini Günter Schirmer-ə dedim ki, biz bu fəaliyyətə başlayanda siyahıda neçə nəfər var idi? Dedi ki, 150 nəfər. İndi nə qədərdir? Artıq 30 nəfərdir. Türkiyədə isə ancaq həbsdə olan jurnalistlərin və bloqqerlərin sayı 200 nəfərdir.

- Axı bu, Azərbaycanda siyasi məhbusların olmasına hansı şəkildə haqq qazandırır?

- Bu, haqq qazandırmır. Sadəcə, «digər ölkələrlə müqayisədə Azərbaycanda siyasi məhbus məsələsində vəziyyət daha pisdir» fikri ilə mən razı deyiləm. Elə rəqəmlərlə götürək. Bizdə 30 nəfərdir, Türkiyədə 200-250 nəfər. Sadəcə, Türkiyə və Rusiya ilə bağlı ona görə təşəbbüs göstərmirlər ki, Rusiyadan və Türkiyədən çəkinirlər, ehtiyat edirlər.

- Belə hesabatların olması ilə Azərbaycanda siyasi məhbus problemini həll etmək olar, yoxsa yox?

- Hesab edirəm ki, bu proses olduqca müsbətdir.

- Onda Siz niyə onun əleyhinə çıxırsınız?

- Mən əleyhinə deyiləm. Mənim 3 konkret təklifim var. Birinci, mən təklif etdim ki, 2001-ci ildə AŞ-nın baş katibi tərəfindən təyin olunan ekspertlərin iş metodologiyasına keçirilsin. Cənab Strasser məhkumların cinayət işləri və məhkəmə hökmləri ilə tanış olmadan onları bu siyahıya salıb. Bu siyahıda olan 24 nəfər vaxtilə baş katibin təyin etdiyi ekspertlər tərəfindən siyasi məhbus kimi tanınmayıblar. Bu insanları bura salmaq olmaz. Əks halda, Azərbaycan hökuməti baş katibin ekspertlərinin rəyinə istinad edib sizin fəaliyyətinizin və təşəbbüsünüzün əleyhinə çıxış edəcək. İkinci, AŞ-nın əlində Avropa İnsan Haqları Məhkəməsi kimi ciddi və effektiv bir instrument var. AŞPA Avropa İnsan Haqları Məhkəməsinə birbaşa müraciət etsin ki, Strasser-in siyahısında olan 30 nəfər insanın işi daha sürətləndirilsin. Onlarla bağlı məhkəmə hökmləri qəbul edilsin. Üçüncü, bu qətnamənin qəbulu istər-istəməz Azərbaycan hökumətində ciddi etiraz və aqressiya yaradacaq. Bu aqressiya isə həmin insanların taleyində əks olunacaq. Biz bu insanları xilas etməliyik. Bu məsələdə Azərbaycan hökumətinin isə mövqeyi belədir ki, bizdə problemlər var, amma qətnamə qəbul olunursa, ora Rusiyanın, Türkiyənin, Gürcüstanın, Ukraynanın, Ermənistanın adları əlavə olunsun və biz öz öhdəliklərimizi yerinə yetirək.

Leyla Yunus:

- Yalandır... Nə qədər olar? Sağ olsun Strasser. Çox pisdir ki, onu Azərbaycana buraxmadılar, ancaq buna baxmayaraq, o, yenə də işlədi. Sonra da deyirik ki, o, düz işləmədi. Strasser-in siyahısında 30 nəfər deyil. Ancaq islamçılar o siyahıda 18 nəfərdir. Orda Əvəz Zeynallı, Hilal Məmmədov kimi adamlar da var ki, hansılar ki, onlar haqqında hələ qərar verilməyib. İstintaq da, məhkəmə də qanunsuz aparılır. İkincisi, qurtarın da bu söhbətləri ki, Türkiyə belə getdi... Siz Banqladeşdən, Birmadan danışın. Azərbaycan siyasi məhbus probleminin həll edilməsi ilə bağlı xüsusi öhdəlik götürüb. Bu, xüsusi öhdəlikdir. Yalan danışmaq çox asandır. Azərbaycanda işləyən insan hüquq müdafiəçiləri hakimiyyətə deməlidir ki, bu öhdəliyi yerinə yetirmirsənsə, bütün dünya sənə qarşı olmalıdır...
XS
SM
MD
LG