Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:31

Transparency İnternational dünya ordularında korrupsiyanın səviyyəsi haqqında hesabat yayıb


Arxiv foto: Almaniya ordusunda piyadaların zirehli döyüş maşınları.
Arxiv foto: Almaniya ordusunda piyadaların zirehli döyüş maşınları.
-


Orduda korrupsiya ölkələrə xaricdən gələn təhlükələr üçün qapıları sadəcə olaraq taybatay açır. Bu fikri dünyanın 82 ölkəsində müdafiə xərclərini öyrənən Transparency İnternational səsləndirib.

Təşkilatın Britaniyada yerləşən Müdafiə və Təhlükəsizlik Proqramları yanvarın 29-da yaydığı hesabatda qeyd edir ki, araşdırmaya cəlb etdiyi 82 ölkə 2011-ci ildə müdafiə sektoruna birlikdə 1.6 trilyon dollar ayırıb.

Bu ölkələrin ordusuna korrupsiya risklərinin azaldılması üçün hansı işlərin görüldüyünü araşdıran təşkilat bu qənaətə gəlib ki, yalnız Almaniya və Avstraliya ordularında çox sərt anti-korrupsiya mexanizmləri işləyir.

Sorğuya cəlb olunan 82 ölkədən 9-da – Əlcəzair, Anqola, Kamerun, Konqo Demokratik Respublikası, Misir, Eriteriya, Liviya, Suriya və Yəmən ordusunda korrupsiya riskləri olduqca böyük olub: “Məsuliyyətsizlik bu sektorda anti-korrupsiya mexanizmlərini sadəcə heçə endirir” – deyə sənəddə qeyd olunur.

Hesabatda Azərbaycanın qonşuları olan Gürcüstan, Qazaxıstan və Rusiya ordularında da korrupsiya risklərinin olduqca yüksək olduğu qeyd olunur.

Amma sənəddə bir-biri ilə münaqişə vəziyyətində olan Azərbaycan və Ermənistan ordularının adları çəkilmir.

Bakı ildən-ilə orduya ayrılan xərcləri artırdığını, 2013-cü ildə ordu büdcəsinin 4 milyard dollara çatdığını bildirir. Amma tənqidçilər Azərbaycan ordusunda da ciddi korrupsiya riskləri barədə tez-tez fikirlər səsləndirirlər.
XS
SM
MD
LG