Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:43

İctimai Palata yenidən aksiyalara başlamaq istəyir...


İP-nin mətbuat konfransı
İP-nin mətbuat konfransı
-


«Kütləvi aksiyalar İctimai Palatanın Koordinasiya Şurasında müzakirə olunacaq. Ümumxalq etiraz aksiyası təyin olunmalıdır».

Bunu İctimai Palatanın üzvü Pənah Hüseyn fevralın 5-də REAL hərəkatının lideri İlqar Məmmədov və Müsavat başqanının müavini Tofiq Yaqublunun həbsi ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Pənah Hüseyn bildirib ki, bundan sonra daha mütəşəkkil mübarizə aparılmalıdır.

Müsavat Partiyası icra aparatının rəhbəri Arif Hacılı isə deyib ki, İlqar Məmmədovla Tofiq Yaqublu İsmayıllı hadisələrində iştirak etməyiblər, onların həbsi seçkilərlə bağlıdır.

REAL-ın İdarə Heyətinin üzvü Azər Qasımlı isə qeyd edib ki, həbslərin məqsədi cəmiyyəti qorxutmaqdır.

Mətbuat konfransında Tofiq Yaqublunun qızı Nərgiz Yaqublu da danışıb.O deyib ki, İlham Əliyev onların ailəsinə qarşı repressiyalar həyata keçirir: «Mən İlham Əliyevə burdan deyirəm ki, sən nə məni, nə atamı, nə də bacımı yolumuzdan döndərə biləcəksən».
XS
SM
MD
LG