Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:42

Elçin Behbudov İlqar Məmmədov və Tofiq Yaqublu ilə görüşüb


-
Fevralın 5-də İşgəncələrə Qarşı Komitənin sədri Elçin Behbudov Nərimanov rayon Polis İdarəsinin müvəqqəti saxlama yerində monitorinq keçirib.

O, REAL Hərəkatının lideri İlqar Məmmədov və Müsavat başqanının müavini Tofiq Yaqublu ilə də görüşüb.

Elçin Behbudov AzadlıqRadiosuna deyib ki, onlar qeyri-insani rəftara məruz qalmadıqlarını bildiriblər. Onlara qarşı irəli sürülən ittiham üzrə özlərini təqsirli saymadıqlarını deyiblər.

Fevralın 4-də REAL Hərəkatının lideri İlqar Məmmədov və Müsavat başqanının müavini Tofiq Yaqublu haqqında 2 aylıq həbs-qətimkan tədbiri seçilib.

Onlar Cinayət Məcəlləsinin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zor tətbiq etmə) maddələri ilə təqsirləndirilirlər.
XS
SM
MD
LG