Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:51

Avropa Birliyi və Avropa Şurasından iki sərt bəyanat


Bakı Appelyasiya Məhkəməsinin Real Hərəkatının lideri İlqar Məmmədov və Müsavat Partiyası Başqanının müavini Tofiq Yaqublu haqda 2 aylıq həbs cəzasını qüvvədə saxlamasına Avropa Birliyinin və Avropa Şurasının rəsmiləri mənfi reaksiya veriblər.

Avropa Şurasının Baş katibi Thorbjorn Jaglandın verdiyi bəyanatda deyilir ki, “Mən Azərbaycanda son hadisələrdən və etirazlara kəskin reaksiyadan narahatam. Məni o cümlədən, Tofiq Yaqublu və İlqar Məmmədovun həbsləri məyus etdi”.

Thorbjorn Jagland
Thorbjorn Jagland
Bəyanatda bildirilir ki, “İlqar Məmmədov Bakı Siyasi Tədqiqatlar Məktəbinin direktorudur. Bu məktəb Avropa Şurasının yaxın tərəfdaşıdır.

Bu gün Bakı Appelyasiya məhkəməsinin bu iki şəxsi azad etməkdən imtina etməsi, Avropa Şurasının nümayəndəsinə məhkəmə dinləmələrində iştiraka imkan verməməsi qanqaraldıcı haldır.

Mən Azərbaycan hakimiyyətini İnsan Haqları üzrə Avropa Konvensiyasının fundamental prinsiplərinə riayət etməyə çağırıram. Bu prinsiplərə riayət etməyi Azərbaycan Avropa Şurasına üzv olanda öhdəlik götürüb”.

Avropa Birliyinin Genişlənmə və Qonşuluq Siyasəti üzrə komissarı Stefan Fuele İsmayıllı hadisələri ilə bağlı İlqar Məmmədovun və Tofiq Yaqublunun həbsdə saxlanmasından narahatlıq bildirib.


Stefan Fuele
Stefan Fuele

Onun verdiyi bəyanatda deyilir ki, “bu həbslər Azərbaycanda ədalətin necə tətbiq olunması haqda mənfi təəssürat oyadır.

Biz Azərbaycanı qəbul etdiyi beynəlxalq öhdəliklərə uyğun olaraq həbs olunmuş bütün insanların hüquqlarının tam təmin olunmasına, prosesdə tam aşkarlığa çağırırıq”.

Bəyanatda bildirilir ki, “bizim nümayəndəmiz Bakıda məhkəmə dinləmələrini izləyir və hakimiyyətlə təmasdadır”.
XS
SM
MD
LG