Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:43

Bukmekerlər bu ilki "Eurovision"da onun qalib gələcəyini deyirlər (Video)


Emmeli de Forest
Emmeli de Forest
-

"Eurovision-2013" ərəfəsində bukmeker kontorları bu ilki müsabiqənin favoritlərini müəyyən ediblər.

Ən populyar kontorlar - "Ladbrokes" və "William Hill"ə görə bu il ən çox "stavka" danimarkalı müğənni Emmeli de Forestin qalibiyyətinə qoyulub.

"William Hill"də onun şansları 2/5-ə, "Ladbrokes" isə 4/9-a nisbətdindədir.

Emmeli de Forest "Only Teardrops" (Yalnız göz yaşları) mahnısını ifa edəcək.

Daha sonrakı yerləri Norveç, Hollandiya, Rusiya müğənnilərinin tuta biləcəyi ehtimal edilir.

Azərbaycanın şansları yüksək olmasa da, pis deyil: "Labrokes"da bu şans 1/16, "William Hill"də isə 1/20-ədir.

Bukmeker kontorları son illərdə müsabiqənin qalibinin kim olacağını demək olar ki, səhvsiz müəyyən edirlər.

Bu il müsabiqənin finalı mayın 18-də İsveçdə keçiriləcək. Bu ölkənin müğənnisi Loreen ötən il Bakıda keçirilmiş "Eurovision"un qalibi olub.

2013-ün favorit mahnısı
XS
SM
MD
LG