Keçid linkləri

2024, 01 Dekabr, bazar, Bakı vaxtı 01:40

İsmayıl Ömərov hesabat verir


İsmayıl Ömərov
İsmayıl Ömərov
-
İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru İsmayıl Ömərov hesabat verib.

İTV-nin internet səhifəsinə yerləşdirilən hesabatda İctimai TeleRadionun 8 illik fəaliyyətindən söz açılır.

İsmayıl Ömərov bildirir ki, indiyə qədər keçirilən prezident, parlament, bələdiyyə və referendum zamanı beynəlxalq təşkilatlar onların fəaliyyətində ciddi səhv, irad tutmayıb:

«Çünki biz milyonlarla seçicinin marağına xidmət edən bu prosesi daim tam qanunauyğun şəkildə aparmışıq».

İctimai Televiziyanı formaca müasir, məzmunca milli bir kanal adlandıran İsmayıl Ömərov heç bir media qurumunun onunla rəqabətə girə bilməyəcəyini qeyd edir:

«Çox yaxşı haldır ki, hər kəs İctimai Teleradionu özününkü hesab edir və daim bizə üz tutmağa çalışır. Bizi ən qatı tənqid edənlər bəzi siyasilərdir. Efirimizi ən çox izləyən bu zümrənin fikrində ərkyana şəkildə «uman yerdən küsərlər» söyləmək istəyi hiss olunur. Çünki onlar gözəl bilirlər ki, İctimai Televiziya milli bir kanaldır və siyasilərin ali məqsədi olan dövlətçiliyimizə, milli maraqlarımıza layiqli xidmət edir».

İctimai Televiziya və Radio Yayımları Şirkəti Avropa Şurasının tövsiyəsi ilə 2005-ci il avqustun 29-da fəaliyyətə başlayıb.

Şirkətə baş direktor seçkiləri ilə əlaqədar Milli TeleRadio Şurasının elan etdiyi müsabiqə aprelin 19-da başa çatıb. İsmayıl Ömərov müsabiqəyə qatılmayıb.
XS
SM
MD
LG