Sabunçunun küçələrini və bəzi evləri su basıb
Bakının Sabunçu rayonunun Əfəndiyev küçəsində evləri su basıb. Ərazidə yaşayan sakinlər AzadlıqRadiosuna bildiriblər ki, iki gündür yağan yağışlar həyətlərə, evlərə dolub. Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında bildirilir ki, təxminən 50-yə qədər fərdi yaşayış evi və həyətyanı sahə subasmaya məruz qalıb, 70-ə yaxın sakin xilas olunub. Nazirlik onu da bildirir ki, ərazidə xilasetmə işləri davam etdirilir, yaranmış vəziyyətin nəticələrinin aradan qaldırılması üçün müvafiq tədbirlər görülür.
Arxiv
-
Noyabr 22, 2024
'Sızıntı'ya çevrilən dəli-dolu Zəyəm çayı...
-
Noyabr 21, 2024
Bakının məhv edilən zeytun meşəsi...
-
Noyabr 20, 2024
Zabratın daşan 'mazut gölü': 'Bizi aldada-aldada qalıblar'