Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:28

18 iyul Beynəlxalq Nelson Mandela günüdür [VİDEO]


Cənubi Afrikalılar Mandelanın 95-ci doğum gününü belə qeyd edir
Gözlə

No media source currently available

0:00 0:01:25 0:00

Cənubi Afrikalılar Mandelanın 95-ci doğum gününü belə qeyd edir

-

18 iyul dünyanın hər yerində Beynəlxalq Nelson Mandela günü kimi qeyd edilir. BMT baş katibinin müraciətində bildirilir ki, N. Mandela ömrünün 67 ilini insan hüquqları və sosial ədalətin əldə olunmasına həsr edib. Bu günü qeyd etməklə, Birləşmiş Millətlər Təşkilatı Mandela Fonduna qoşularaq dünyanın hər yerində insanları 18 iyulda günlərinin 67 dəqiqəsini icma işinə həsr etməyə səsləyir:

«Beynəlxalq Nelson Mandela Gününün mərkəzində insanlar və planetimiz üçün xeyirxah işlər görmək durur. Günün mövzusu olan «hərəkət et, dəyişikliyə ruhlandır» bəşər ailəsini daha dinc, dayanıqlı və bərabər dünya qurmaq yolunda səfərbər edir. Bu, insanlığın ən ali dəyərlərini özündə birləşdirən bu qeyri-adi insana təşəkkür etməyin ən yaxşı yoludur».

Cənubi Afrikanın sabiq prezidenti hazırda xəstəxanada müalicə olunsa da, vəziyyətinin yaxşılaşmaqda olduğu deyilir. Bu gün Mandela-nın 95 yaşı tamam olur.

Nobel sülh mükafatçısı və insan haqları müdafiəçisi Mandela 27 il həbsxanada yatıb. 1990-cı ildə azadlığa çıxıb, 1994-də isə prezident seçkisində qalib gələrək ölkənin ilk qaradərili prezidenti olub. O, iyunun 8-də ağ ciyərin iltihabı ilə xəstəxanaya düşüb.
XS
SM
MD
LG