Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:48

İsveçdə «hicab harayı»


-
Kampaniyaya avqustun 19-dan Twitter və başqa sosial şəbəkələrdə start verilib. İsveç dilində #HijabUppropet - “Hicab harayı” adı verilən kampaniyaya qoşulanlar arasında müxtəlif dinə mənsub olanlar, İsveç parlamentinin deputatları Asa Romson və Veronica Palm, məşhur TV aparıcısı Gina Dirawi və hətta hicab taxmış kişilər də var.

Kampaniya iştirakçıları İsveçdə müsəlman qadınlara qarşı ayrı-seçkiliyə diqqət çəkmək istəyirlər. Onlar hökumətə müraciət ediblər ki, müsəlman qadınların dini əqidələrinə uyğun geyinmək azadlığını təmin etmək üçün əsaslı tədbirlər görsün.

Hicab harayı kampaniyasının adından yerli mediada dərc edilən elanlarda bildirilir ki, “Əgər bir ölkədə müsəlmanlara qarşı hücumlar artırsa, müsəlman qadınlar kimsə başlarından dartıb çıxara bilməsin deyə hicablarını bərk-bərk sıxmağa məcbur olursa, onda həmin dövlətin Baş naziri və siyasətçiləri bu cür faşizm yüyürüşünün qarşısını almağa məsuliyyət daşıyırlar”.

İsveçin Ədliyyə naziri Beatrice Ask avqustun 20-də kampaniya iştirakçıları ilə görüşüb və bu cür hücumların çox ciddi qəbul olunduğunu deyib.


OLAY NECƏ BAŞ VERİB?

Sözügedən hücum paytaxt Stokholmda şənbə günü baş verib. Hicab taxan hamilə qadına bir gənc hücum edib, onun hicabı dartıb cırıb və sonra da qadının başının bir neçə dəfə maşına çırpıb. Hücuma məruz qalanın yaxınları İsveç mediasına dediyinə görə, hücum edən şəxs həm də qızı irqçi sözlərlə təhqir edib.
Polis olayı araşdırdığını bildirir.
XS
SM
MD
LG