Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:24

Allahşükür Paşazadə: «Seçmək dindarın konstitusiya haqqıdır»


Şeyxülislam Hacı Allahşükür Paşazadə
Şeyxülislam Hacı Allahşükür Paşazadə
-
«Dindarların layiqli namizədə dəstək olması, ona səs verməsi siyasət deyil, «haqqı haqlıya vermək» məfkurəsidir. Seçmək dindarın konstitusiya haqqıdır».

Bunu apa-ya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib:

«Naşükürlük etmək Allaha xoş getməz. Bəziləri bu şəraiti dəyərləndirmək iqtidarında deyillərsə, bunun günahı onların üzərinə düşər. Dindarların, demək olar ki, hamısı dövlətin və dövlət başçımızın yürütdüyü siyasətdən, dini dəyərlərə olan özəl ehtiramından razıdırlar».

QMİ sədrinin fikrincə, Azərbaycanda dini durum ümumən sabitdir, amma bəzi qüvvələr bu sabitlikdən narahatdırlar:

«Onlar burada qarışıqlıq yaratmaq üçün bəzən din adından sui-istifadə edirlər. Bu cür meyllər yox deyil. Vətəndaş həmrəyliyi, vətəndaş-dövlət birliyi olan, dini dəyərlərinə sədaqət və ehtiramı nümayiş etdirən Azərbaycan cəmiyyətində belə təzahürlər heç bir problem yarada bilməyəcək».

Həcc ziyarətinin baha olması barədə iradlara da toxunan Allahşükür Paşazadə bunu bütün dünyada baş verən iqtisadi məsələlər və nəqliyyat xərclərindəki bahalaşma ilə əlaqələndirib.
XS
SM
MD
LG