Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:41

Binə etirazçılarına hökm oxunub


"Binə" Ticarət Mərkəzində qarşıdurma - (Geniş video)
Gözlə

No media source currently available

0:00 0:07:42 0:00

"Binə" Ticarət Mərkəzində qarşıdurma - (Geniş video)

-
Qaradağ rayon Məhkəməsində yanvarın 19-da “Binə” Ticarət Mərkəzində keçirilən aksiya zamanı saxlanılan şəxslərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxslərdən 2 nəfər 4 il, 3 nəfər 1 il 6 ay, digərləri isə 1 il müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, aksiya ilə bağlı Bakı şəhər Prokurorluğu və Baş Polis İdarəsinin birgə yaydığı məlumatda bildirilir ki, yanvarın 19-da «Binə» Ticarət Mərkəzində fəaliyyət göstərən bir qrup sahibkar rəhbərliyin icarə haqqını qaldırmasına etiraz olaraq Bakı-Astara magistralının ticarət mərkəzinin yaxınlığından keçən hissəsini bağlamağa cəhd göstərib və nəqliyyatın hərəkətini iflic ediblər. Xəbərdarlığa məhəl qoymayan aksiya iştirakçıları polis əməkdaşlarına müqavimət göstəriblər və nəticədə, 10 polis müxtəlif dərəcəli bədən xəsarətləri alıb, bir neçə xidməti avtomobilə isə ziyan vurulub. Aksiya iştirakçısı olan 10 nəfər - Malik Məhərrəmov, Nicat Paşayev, Əbülfəz Əliyev, Samir Zeynalzadə, Səid Ədilov, Məhəmməd Mürsəliyev, Elnur Əliyev, Samid Hüseynov, Qüdrət Kişiyev və Vaqif İbrahimov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaq orqanına təhvil verilib.
Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.
XS
SM
MD
LG