Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:43

ATƏT-in müşahidəçiləri prezident seçkisi ilə bağlı aralıq hesabat yaydı


-


Azərbaycanda oktyabrın 9-da keçiriləcək prezident seçkisini izləyən ATƏT-in Demokratik Təsisatlar və İnsan haqları Bürosu (DTİB) sentyabrın 17-də özünün aralıq hesabatını yayıb.

Hesabatda deyilir ki, 9 oktyabr seçkisinin yalnız bir siyasi qüvvənin üstünlüyü ilə keçiriləcəyi gözlənilir.

Sənəddə qeyd olunur ki, son iki ildə Azərbaycan hakimiyyəti ifadə və sərbəst toplaşma azadlığını, vətəndaş cəmiyyətinin fəaliyyətini daha da məhdudlaşdıran qanun dəyişıklikləri qəbul edib.

Hesabatda deyilir ki, parlamentdə ikinci ən böyük qrup müstəqil deputatlardan ibarət olsa da, onlar bir qayda olaraq hakim partiyanı dəstəkləyirlər.

DTİB bu qənaətdədir ki, Azərbaycan hakimiyyəti artıq illərdir seçki komissiyalarının tərtibinə dair Venesiya Komissyasının və demək olar ki, bütün Avropa qurumlarının tövsiyələrini qulaqardına vurur və hazırkı sistem hakim partiyaya bütün seçki komissiyaları üzərində nəzarət imkanı verir.

Hesabatda həmçinin bildirilir ki, “Sərbəst toplaşma və vətəndaş cəmiyyətinin işini tənzimləyən qanunlara son dəyişikliklər, icazəsiz nümayişlərin təşkili və bu tədbirlərdə iştirak da daxil olmaqla ictimai asayişin pozulmasına görə sanksiyaları artırıb, QHT-lərin maliyyələşdirilməsində bürokratik maneələr yaradıb və bu qaydalara əməl etməməyə görə cərimələri qaldırıb”.
Azərbaycan hakimiyyəti artıq illərdir seçki komissiyalarının tərtibinə dair bütün Avropa qurumlarının tövsiyələrini qulaqardına vurur və hazırkı sistem hakim partiyaya bütün seçki komissiyaları üzərində nəzarət imkanı verir.

Büronun hesabatında deyilir ki, Azərbaycanda media azadlıqları seçkiyə qalan iki il müddətində daha da sıxışdırılıb.

Medianın informasiya almaq hüququnu son dərəcə məhdudlaşdıran qanun əlavələri qəbul olub.

Bunlara misal olaraq “kommersiya sirləri və iqtisadi maraqların qorunması” barədə əlavələri göstərmək olur.

Bu da vurğulanır kİ, Azərbaycan hakimiyyəti defamasiya üzərindən cinayət məsuliyyətini qaldırmaq çağışılarının tam əksinə hərəkət edərək, üç ilədək həbs cəzası nəzərdə tutan Cinayət Məcəlləsi maddəsini internetə də şamil edib.

DTİB bildirir ki, məhz bu dəyişikliklər hazırda həbsxanada olan jurnalistlərin və fəalların cəzalandırılmasının əsası olub.

Hesabatda həmçinin bütün telekanalların hakimiyyətin nəzarətində olduğu vurğulanır.

Rəsmi Bakı hesabata reaksiyasında iradların demək olar ki, heç birini qəbul etmir.

Hakimiyyət cavab vermək iqtidarında olmadığı iradları cavabsız buraxır, ikinci dərəcəli iradlara isə “siz deyən yox, biz deyəndir” prinsipi ilə cavab verir.
Azərbaycan hakimiyyəti defamasiya üzərindən cinayət məsuliyyətini qaldırmaq çağışılarının tam əksinə hərəkət edərək, üç ilədək həbs cəzası nəzərdə tutan Cinayət Məcəlləsi maddəsini internetə də şamil edib.

Azərtac agentliyi tərəfindən yayınlanmış hökumət reaksiyasında media azadlığının boğulması, ifadə və sərbəst toplaşma azadlıqlarının məhdudlaşdırılması, jurnalist və fəalların, hətta prezidentliyə namizədliyi irəli sürülmüş şəxsin həbsxana olması ilə bağlı tənqidlər cavabsız buraxılıb.

Rəsmi Bakı “müxalifətin mümkün boykot təhlükəsi barədə” çox köhnə arqumenti ilə seçki komissiyalarına dair tövsiyələri qəbul etmək fikrində olmadığına da işarə edib.

Halbuki, bir sıra tənqidçilərin təbiri ilə deyilsə, hazırkı parlamentdə ümumiyyətlə müxalifət yoxdur.

Əvəzində rəsmi cavabda ATƏT-in özünə fəaliyyətini daha şəffaf qurmaq təklifi edilir.
XS
SM
MD
LG