Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:33

Özbəkistan prezidentinin qızı ailə sirlərini faş edir


Fransız aktyor Alain Delon Lola Karimova-Tillyaeva (sağda) və aktrisa Monica Bellucci ilə birlikdə "Uzbekistan 2020" mərasimində. Paris
Fransız aktyor Alain Delon Lola Karimova-Tillyaeva (sağda) və aktrisa Monica Bellucci ilə birlikdə "Uzbekistan 2020" mərasimində. Paris
-
Lola Karimova- Tillyaeva Özbəkistan prezidentinin ikinci qızıdır.
Gulnara və Lola Özbəkistanın avtoritar prezidenti İslam Karimovun parlaq övladlarıdırlar, beynəlxalq məşhurlarla durub-oturur və dəbdəbəli həyat tərzi yaşayırlar.
Lakin indi kiçik bacı Lola Karimova-Tillyaeva BBC özbək xidmətinə verdiyi şərhlərdə Mərkəzi Asiyanın ən mühüm ailələrindən birində baş verən fövqəladə ixtilafa aydınlıq gətirib.
«Bacım və mən 12 ildir ki, danışmırıq»- deyib Karimova-Tillyaeva.
«BİZİM ARAMIZDA AİLƏ VƏ DOSTLUQ MÜNASİBƏTLƏRİ YOXDUR»
Xanım Karimova-Tillayevanın bacısı Gulnara ilə münasibətlərinin olmaması barədə səmimi etirafları adətən məxfilik və medianın sükutu ilə pərdələnən Mərkəzi Asiyanın qüdrətli sülaləri üçün nadir hadisədir.
Bu açıqlamalar həmçinin ailə bağlarının son dərəcə mühüm olduğu bir mədəniyyətdə görünməmiş hadisədir.
Onların atası İslam Karimov artıq 20 ildir ki, Özbəkistanı dəmir yumruğu ilə idarə edir. Onu ölkəsində fərqli fikrin təqibinə və həbsxanalarda işgəncələrin geniş yayılmasına görə tənqid edirlər.
Özbəkistanın hakim elitasının sərvəti və imtiyazları olduğu halda yüz minlərlə özbək vətəndə dolanışıq tapa bilmədiyindən miqrant işçi kimi xaricə köç edir.
Karimovun böyük qızı Gulnara tez-tez xəbər başlıqlarına çıxır. O özü üçün pop-ulduzu, ictimai fiqur, diplomat, moda dizayneri və xeyriyyəçi kimi obraz yaradıb. O həmçinin nüfuzlu biznes adamı sayılır və 75 yaşlı atasının hakimiyyət varisi olacağı söylənir.
Onun kiçik bacısı, hazırda Özbəkistanın BMT-nin mədəniyyət qolu olan UNESCO təşkilatındakı elçisidir və Cenevrədə yaşayır.
Lola onu «diktator qızı» adlandırdığı üçün bir fransız jurnalını uğursuz şəkildə məhkəməyə verməsi ilə tanınıb.
Həyatlarındakı və karyera cığırlarındakı parallellərə baxmayaraq, iki bacı arasında çox az ümumilik var.
«Hər hansı bir münasibət oxşar dünyagörüşü və xarakter bənzərliyi tələb edir»- deyir Karimova-Tillyaeva.
Prezidentin qızları- Lola Karimova və Gulnara Karimova
Prezidentin qızları- Lola Karimova və Gulnara Karimova
«Bizim münasibətlərimizdə bunların heç biri yoxdur və heç vaxt da olmayıb. Bilirsiniz ki, belə fərqlər illərlə daha da atrır».
«BİZ SİYASƏT BARƏDƏ DANIŞMIRIQ»
Xanım Karimova-Tillyaeva ona BBC Özbək xidməti tərəfindən emaillə ünvanlanmış 18 suala cavab verib.
Xanım Karimova-Tillyaeva özünün Gulnara ilə ayrı-ayrı adamlar olduqlarını elə bir vaxtda dilə gətirib ki, Avropada sonucuya qarşı geniş miqyaslı fırıldaq işinin təhqiqatına başlanıb.
İsveç və İsveçrədə prokurorluqlar Gulnara Karimovanın bir sıra indiki və keçmiş şəriklərini rüşvət və çirkli pulların yuyulması halları ilə bağlı təhqiq edirlər.
Bəzi məlumatlara görə, xanım Karimovanın Fransa və İsveçrədə olan mülklərində axtarışlar aparılıb.
Bu istintaqlar barədə xanım Karimova-Tillyaeva susur və deyir ki, atasının bu işlərdən xəbəri olub-olmamasını bilmir.
«Bacım haqqında bütün məlumatları, BBC-nin internet saytı da daxil olmaqla, xarici mediadan öyrənirəm»- deyir o.
«Sizin Özbəkistan prezidentinin bu işlərdən xəbəri olub-olmadığına dair suallarınıza gəlincə, məndə belə bir informasiya yoxdur. Mən ildə yalnız iki-üç dəfə Özbəkistanda oluram. Atamla görüşlərdə biz siyasi məsələləri müzakirə etmirik».
LAP KRAL LİRDƏ OLDUĞU KİMİ
Prezident Islam Karimov
Prezident Islam Karimov
Prezident Karimovun ahıl yaşda olması ilə əlaqədar onun varisinin kim olacağı barədə müzakirələr gedir.
Mərkəzi Asiyanın ailə-klan siyasətində siyasi varis, adətən elə prezidentin övladı olur. Lakin xanım Karimova-Tillyaeva deyir ki, o bu vəzifə ilə maraqlanmır və onun üçün başlıca qayğı əri Timur Tillyaev və üç uşağıdır.
«Bu sual keçmiş Sovet İttifaqının prezident ailələri barədə təbii səslənir» - deyir Karimova-Tillyayeva, - «lakin mən hazırda siyasətçi kimi inkişaf etdiyimi deyə bilmərəm».
Bunun əksinə olaraq, Gulnara Özbəkistanda göz qabağındaır. Onun «Forum Fondu»
Özbəkistanın incəsənət və mədədəniyyətinin təbliğindən tutmuş sosial kampaniyalara qədər ölkənin ictimai həyatında fəal iştirak edir.
Gulnara həmçinin işarə edib ki, prezident kürsüsünə iddialı ola biləcyini istisna etmir.
Xanım Karimova-Tillyaeva onun şanslarının çox az olduğu qənaətindədir.
Lola Karimova-Tillyaevanın BBC Özbək xidmətinə açıqlamaları regional mediada geniş işıqlandırılsa da, Gulnara bu bəyanatlarla bağlı şərh verməyib və BBC-nin suallarına cavab verməkdən bir qayda olaraq imtina edir.
Odur ki, onun kiçik bacısının söylədiklərinə münasibəti bilinmir.
RƏQİB XEYRİYYƏLƏR
Belə görünür ki, İslam Karimovun iki qızı bir-biri ilə kəllə-kəlləyə rəqabətdədirlər.
İki qızın hərəsinin öz xeyriyyə təşkilatı var.
Xanım Karimova-Tillyaeva özünün «Sən tək deyilsən» fondu barədə təfərrüatı ilə söhbət açır. Bu fond yetimlərə və əlillərə yardım etmək üçün yaradılıb.
ABŞ. Los Angelesdə prezident qızına məxsus olduğu deyilən villa. Binanın qiymətinin 58 milyon dollar civarında olduğu deyilir
ABŞ. Los Angelesdə prezident qızına məxsus olduğu deyilən villa. Binanın qiymətinin 58 milyon dollar civarında olduğu deyilir
Lakin hətta bu məsələ barəsində söhbətində də Lola, özünün xeyriyyə fəaliyyəti barədə tweet yayan böyük bacısını sancmağı unutmur.
«Mən fikir vermişəm ki, insan etdikləri barədə nə qədər çox danışırsa, bu işdən o qədər az zövq alır»- deyir kiçik bacı.
Belə təsəvvür yaranır ki, xanım Karimova-Tillyaeva özünü təkcə bacısından yox, bir qayda olaraq insan haqları təşkilatları tərəfindən dünyanın ən pis diktatorluqlarından biri kimi tənqid edilən Özbəkistanın imicindən aralamağa çalışır.
«DİKTATOR QIZI» OLMAQ TƏHQİRDİRMİ?
2011-ci ildə o Fransanın «Rue 89» internet saytını onu «diktator qızı» adlandırdığına görə məhkəməyə vermişdi.
Saytın məqaləsində həmçinin iddia edilirdi ki, Lola ölkəsinin imicini yuyub təmizə çıxarmaq üçün özünün xeyriyyə tədbirlərinə İtaliya aktrisası Monica Bellucci kimi məşhurları dəvət edir.
Məhkəmə prezident qızının iddialarını rədd edib və işə xitam verib.
Bu hadisə baş verəndə media onun öz atasının imicini qoruduğundan yazırdı. Lakin BBC-yə müsahibəsində xanım Karimova-Tillyaeva ailəsinin müdafiəsinə o qədər də can yandırmayan birisi kimi görünür:
«Mən haqqımda işlədilən ifadənin doğru və ya yanlışlığını sual altına almamışdım, - deyir Lola, - söhbət haqqımda siyasi terminin işlədilməsindən gedirdi».
«Bu məqalədə «diktator qızı» ifadəsi birbaşa mənim şəxsiyyətimə yönəlmişdi. Hər bir şəxs yalnız öz şəxsi keyfityyərtlərinə, biznesinə və əməllərinə görə mühakimə olunmaq haqqına malikdir» – deyib Karimovun kiçik qızı.
ATASININ TƏNQİDÇİ BALASI
O hətta atasının idarəetməsi barədə müəyyən tənqidi fikirlər səsləndirir.
Özbəkistan illərdir ki, pambıq yığımında uşaq əməyinin istismarına görə tənqid edilir.
«Vəziyyəti qiymətləndirmək çətindir, - deyir o, - lakin əgər belə faktlar mövcuddursa, buna yalınız təəssüflənmək olar və belə bir şey dünyanın heç bir ölkəsində baş verməməlidi».
«Mən hər hansı məcburetmənin əleyhinəyəm», - deyir xanım Karimova-Tillyaeva- «istər məcburi əmək olsun, istərsə də şəxsiyyətə, ələlxüsus da uşqlara qarşı zorakılıq olsun».
İSLAM İSLAMA QARŞI
Xanım Karimova-Tillyaeva atasının İslam ekstremizminə qarşı mübarizə adı altında bütün fərqli düşüncəni təqib etməsi barədə iddialara açıq cavab verir:
«Radikallaşma problemi daha çox işsizliyin və imkansızlığın nəticəsidir. Bu iki faktor əhali arasında narazılığın əsas mühüm mənbəyidir və dolayısı ilə ekstremizimlə əlqələndirilir».
Bununla belə o, hesab edir ki, bu problemlə zor gücü ilə mübarizə aparmaq düzgün deyil.
Onun bu sözləri atasının inancları ilə kəskin ziddiyyətdədir.
ÖZBƏKİSTANDA ACINDAN ÖLƏN YOXDU
Prezident Karimmov ölkəni tərk edən işçi miqrantlar barədə olduqca sərt bəyanatlar verib. O, gün-güzaran dalınca xaricə gedən özbəkləri «tənbəl və ölkəni rüsvay edənlər» adlandırıb.
«Özbəklərin bir tikə çörək üçün oralara getdiyini görəndə adam iyrənir»- deyirdi İslam Karimov: «Özbəkistanda acından ölən yoxdur».
Lola Karimova-Tillyaeva həyat yoldaşı Timur Tillyaevlə birlikdə
Lola Karimova-Tillyaeva həyat yoldaşı Timur Tillyaevlə birlikdə
Lakin xanım Karimova-Tillyaeva özünü ailəsindən nə qədər aralı tutmağa çalışsa da, onun öz sərvətinin mənbəyi təbii maraq doğurur.
2010-cu ildə o, əri Timurla birlikdə Cenevrənin müstəsna məhəlləsi olan Vanduverdə 46 milyon dollarlıq mülk alıb.
Xanım Karimova-Tillyaeva və əri İsveçrənin ən varlı cütlərinin siyahısına düşüblər.
Xanım Karimova-Tillyaeva əlbəttə ki, belə informasiyaların həssaslığını bilir.
ÖZ SƏRVƏTİNƏ TƏƏCCÜBLƏNİB
«İsveçrənin ən varlı adamlarının siyahısında özümüzü görəndə biz təəccübləndik. Mən hələ də ərimlə bu barədə zarafat edirik»- deyir xanım Karimova-Tillyaeva.
Sərvəti barədə suala xanım Karimova-Tillyaeva cavab verir ki, onun əri bir ticarət və nəqliyyat şirkətində səhmlərə malikdir.
Özünün götür-qoyla hazırlanmış bəyanatında prezident qızı deyir ki, əri cənab Tillyaev heç vaxt ictimai tenderlərdə iştirak etməyib, qaz və pambıq kimi xammal sənayesi ilə bağlı olmayıb və heç vaxt vergidən güzəştlərə və ya monopoliya hüququna malik olmayıb.
O həmçinin deyir ki, özü və əri ailə bağlarından heç bir mənfəət əldə etməyiblər.
Bəzi xəbərlərə görə Timur Tillyaev Özbəkistan bazarında mənfəətli idxal lideri olan “Abusaxiy” nəqliyyat şirkətinin sahibidir.
46 MİLYON DOLLARLIQ İPOTEKA
Dəbdəbəli evə gəlincə, xanım Ms Karimova-Tillyaeva iddia edir ki, onun alınması üçün əri ilə ipoteka götürüb və qiymətin 18 faizi ödənib. 18 faizin 8 milyon dollar olduğu nəzərə alınarsa, mülkün bütünlükdə qiymətinin 46 milyon dollar olduğunu söyləmək olar.
«Bizim Cenevrədəki ailə evimiz əsas məskənimizdir, - deyir Lola, - «Biz Özbəkistanda olan bütün mülkiyyətimizi satmışıq. Bircə Daşkənddəki mənzilimiz qalıb. Özbəkistana gedəndə uşaqlarımızla orada qalırıq».
Bəli, vətənə səfərlər təkəm-seyrəkdir. Lola Özbəkistana ildə iki-üç dəfə gedir.
Və əgər prezidentin kiçik qızının özünü ailəsindən və ölkəsinin imicindən aralamaq cəhdləri bundan sonra da davam edərsə, belə səfərlərin innən belə daha az olacağını gözləmək olar.
XS
SM
MD
LG