Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:41

İ. Əliyev: Korrupsiyaya qarşı mübarizə prioritet məsələdi


Arxiv foto
Arxiv foto
-
Prezident İlham Əliyev korrupsiya ilə mübarizənin uğurlu nəticələrindən danışıb

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yeni inzibati binasının açılışında iştirak edən prezident bildirib ki, bu uğurlar gələcəkdə də davam etdiriləcək, ta ki, bu bəla Azərbaycandan tamamilə silinənədək:

«Həqiqətdir ki, hər bir ölkədə, hər bir cəmiyyətdə korrupsiya var. Ancaq əsas məsələ onun dərəcəsidir və onun əhatə dairəsidir. Biz korrupsiya üçün meydanı daim daraltmalıyıq. İlk növbədə əlbəttə ki, cəza tədbirləri daha da ciddi olmalıdı. Hər bir vətəndaş bilməlidi ki, korrupsiya əməlləri cəzasız qalmayacaq».

İlham Əliyev korrupsiya ilə mübarizə istiqamətində «elektron hökumət» sistemini xüsusilə qeyd edib.

«ASAN xidmət»in fəaliyyətindən danışan İlham Əliyev bildirib ki, qısa müddət ərzində «ASAN xidmət»ə 500 mindən artıq vətəndaş müraciət edib:

«Bu xidmət heç bir il deyil fəaliyyət göstərir. Özü də təkcə Bakını, Sumqayıtı və Abşeron yarımadasını əhatə edir. Qısa müddətdə bu qədər müraciət nəyə görədir? Çünki orada korrupsiya yoxdur. Orada insanlara mədəni xidmət göstərilir».

«ŞƏFFAFLIQ, TƏMİZLİK, DÜRÜSTLÜK HƏYAT TƏRZİ OLMALIDI»

İlham Əliyev bildirib ki, iqtisadi-maliyyə sektorunun şəffaflaşması prosesi uğurla davam edir. O, Azərbaycanın şəffaflıq indeksinə görə dünya miqyasında ön planda olduğunu vurğulayıb:

Azərbaycanda maaşlar, pensiyalar artırılır, yeni iş yerləri açılır, investisiyalar artır...
«İldən-ilə korrupsiya reytinqi Azərbaycanda yaxşılaşır. Bu uğurlarda əsas rolu güclü siyasi iradə oynayır. Korrupsiyaya qarşı mübarizə üçün cəmiyyətdə də müsbət dəyişikliklər var. Cəmiyyətdə inam artır. İnam artır ki, biz bu bəlanı Azərbaycandan tamamilə götürəcəyik və Azərbaycan cəmiyyəti bu yaralardan sağalacaq. Çünki korrupsiya sosial ədaləti pozan bir amildir. Şəffaflıq, təmizlik, dürüstlük həyat tərzi olmalıdı. Əminəm ki, belə də olacaq».

İlham Əliyev dünyada hökm sürən iqtisadi-maliyyə böhranından da danışıb. Bildirib ki, 5 ildən çoxdu davam edən böhran Azərbaycana təsir edə bilməyib:

«Əksinə, Azərbaycanda maaşlar, pensiyalar artırılır, yeni iş yerləri açılır, investisiyalar artır. Azərbaycan özünü xarici risklərdən qoruya bilib. Dünyada, regionda baş verən hadisələr, toqquşmalar, qarşıdurmalar Azərbaycana təsir etmir. Çünki ölkəmizdə hökm sürən sabitlik, əmin-amanlıq, xalqla iqtidar arasındakı birlik bizi bu risklərdən sığortalayır».
XS
SM
MD
LG