Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:48

R. İbrahimbəyov: «Legitim olmasa da, iqtidarla işləmək lazımdır»


Rüstəm İbrahimbəyov
Rüstəm İbrahimbəyov
.
Günün media icmalı (29 oktyabr)

«Yeni Müsavat» qəzeti «Media forum» saytının kinossenarist, Milli Şuranın sədri Rüstəm İbrahimbəyovdan götürdüyü müsahibəni yayımlayıb. Rüstəm İbrahimbəyov bildirib ki, onların əsas məqsədi Azərbaycanda demokratiyanı bərqərar etməkdir:
«Hazırkı iqtidar legitim deyil, amma faktiki olaraq var. İstər-istəməz hakimiyyətlə ünsiyyətdə olmalıyıq. Bir tərəfdən deyirik ki, iqtidarı legitim saymırıq. Məhkəməyə də müraciət etmişik ki, İlham Əliyevin üçüncü müddətə prezident olması qanunsuzdur. Eyni zamanda seçkidə çoxlu qanun pozuntusuna yol verilib, seçkinin nəticəsinin ləğvini istəyirik. Amma reallıq da öz yerində qalır. Hazırda Azərbaycanda yüzdən artıq siyasi məhbus var, onların azadlığına nail olmalıyıq. Başqa problemlərin həlli istiqamətində işləməliyik. Legitim olmasa da, real iqtidar var və iqtidarla işləmək lazımdır».
«MİLLİ ŞURANIN MİTİNQLƏRİNƏ AZ ADAMIN GƏLMƏSİ…»
«Yeni Azərbaycan» qəzeti «Seçkilərdə acınacaqlı məğlubiyyətə uğrayan radikalların bir yolu qalır» sərlövhəli məqaləsində Milli Şuranın mitinqlərinə az adamın gəlməsindən yazır:
«Radikal yönümlü əksər partiyaların cəmləşdiyi «Milli Şura»nın mitinqlərinə az sayda adamın qatılması, bu mitinqlərin çox sönük keçməsi və bir qayda olaraq vaxtından tez dağılması yenə də AXCP, «Müsavat» kimi partiyalara, onların rəhbərləri Əli Kərimliyə və İsa Qəmbərə, eləcə də radikalların yenə siyasi səhnədə qalmalarına bəhanə olsun deyə qabağa verdikləri Cəmil Həsənova inamsızlığın göstəricisidir».
«NAZİR BƏZİLƏRİNƏ GÖSTƏRİŞ VERMƏKDƏN BELƏ ÇƏKİNİR»
İlqar Qurbanov
İlqar Qurbanov
«Bizim yol» qəzeti diplomat, son olaraq Azərbaycanın Çexiyadakı səfirliyində çalışmış İlqar Qurbanovdan Xarici İşlər Nazirliyini məhkəməyə verməsi ilə bağlı müsahibə götürüb.
İlqar Qurbanov yazılı müsahibəsində deyir: «Xüsusi qeyd etmək istəyirəm ki, Azərbaycan səfirlərinin çoxları nazirin göstərişlərinə etinasız yanaşırlar. Bəzilərinə nazir göstəriş verməkdən belə çəkinir. Çünki həmin səfirlər hesab edirlər ki, təyinatlarını Respublika Prezidenti verib və onlar ancaq ona tabedirlər. Mənim nöqteyi-nəzərimdən adi bir dövlət idarəsində bu cür vəziyyət anormal və dözülməzdir. O ki qalsın dövlət strukturunda - bütün dünyada qəbul olunan qaydayla dördüncü pillədə duran Xarici İşlər Nazirliyində».

İLHAM ƏLİYEV YENİ SEÇİLMİŞ GÜRCÜSTAN PREZİDENTİNİ TƏBRİK EDİB...

İlham Əliyev Gürcüstanın yeni seçilmiş prezidenti Giorgi Margvelashvilini təbrik edib. AzərTAc-ın məlumatına görə, dövlət başçısı təbrikində belə yazır:
Azərbaycanla Gürcüstan arasında tarixən təşəkkül tapmış mehriban qonşuluq və dostluq münasibətlərinin genişlənməsi və əməkdaşlığımızın hərtərəfli inkişafı məmnunluq doğurur.
XS
SM
MD
LG