Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:54

Səncə, Azərbaycanın son 100 illik tarixində ən böyük siyasətçi kimdir?


.


20-ci əsrdə və 21-ci əsrin ilk onlilliyində Azərbaycanın taleyində ciddi rol oynamış, böyük dəyişikliklərə imza atmış ictimai xadimlərdən hansını son bir 100 ilin ən böyük siyasətçisi hesab edərdin?

Şübhəsiz ki, tarixi şəxslərə baxışlar heç də həmişə yekdil olmur. Eyni lider haqqında kimlərsə "milli qəhrəman", "böyük sərkərdə", "uzaqgörən dövlət xadimi", "ümummili lider" kimi ifadələrlə danışa, bir başqaları həmin şəxsi "satqın", "zülmkar", "ölkənin belini qıran" ifadələri ilə xatırlada bilər.

Hazırda Azərbaycan siyasətində də müxtəlif dövrlərdə Azərbaycana rəhbərlik etmiş şəxslər haqqında beləcə müxtəlif fikirlər var.

Bəs, sənin fikrin nədir, Azərbaycanın son 100 illik tarixinin ən önəmli, ən böyük siyasi fiquru kimdir?

Aşağıda ötən əsrin əvvəlindən bu yana Azərbaycan tarixinin gərgin illərində ölkəyə rəhbərlik etmiş ən önəmli fiqurları haqqında qısa məlumatlar verilib.

Onların arasından əsrin siyasətçisini müəyyən etmək sizə həvalə edilsəydi, hansını seçərdiz?

Məmməd Əmin Rəsulzadə:

1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cumhuriyyətinin banilərindən biri, Cumhuriyyəti elan edən Milli Şuranın sədri olub.

Rəsulzadə haqqında ətraflı burada oxu.

Fətəli Xan Xoyski:

1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cumhuriyyətinin banilərindən biri, Cumhuriyyətin ilk Baş naziri olub. O, Cumhuriyyət dövründə Xarici İşlər, Daxili İşlər, müdafiə naziri vəzifələrində də çalışıb.

Xoyski haqqında ətraflı burada oxu.

Nəriman Nərimanov:

Zaqafqaziya Sovet Federativ Sosialist Respublikaları (ZSFSR) İttifaq Sovetinin birinci sədri, Azərbaycan SSR Müvəqqəti İnqilab Komitəsinin Sədri və başqa vəzifələrdə çalışıb.

Nərimanov haqqında ətraflı burada oxu.

Mircəfər Bağırov:

1933-1953-cü illərdə Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi olaraq kolxozların formalaşması, repressiyalar, II Dünya müharibəsi kimi dövrlərdə - 20 il Azərbaycana rəhbərlik edib.

Mircəfər Bağırov haqqında ətraflı burada oxu.

Şıxəli Qurbanov:

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci Katibi olub. Filoloq-alim, şair, dramaturq, dövlət və ictimai xadim olub. Sovet hakimiyyəti illərində - 1967-ci ildə Novruz Bayramın rəsmən qeyd olunmasına nail olub.

Şıxəli Qurbanov haqqında ətraflı burada oxu.

Əbülfəz Elçibəy:
Şərqşünas alim və dissident Əbülfəz Elçibəy 1988-ci ildə Azərbaycanda müstəqillik hərəkatı başlayanda onun lideri, böyük xalq hərəkatına çevrilmiş Azərbaycan Xalq Cəbhəsinin rəhbəri olub. 1992-1993-cü illərdə Azərbaycanın prezidenti olub.

Əbülfəz Elçibəy haqqında ətraflı burada oxu.
Heydər Əliyev:

1969-1982 və 1993-2003-cü illərdə Azərbaycana rəhbərlik edib.

Heydər Əliyev haqqında ətraflı burada oxu.

İlham Əliyev:

2003-cü ildən bu yana Azərbaycana rəhbərlik edir.

İlham Əliyev haqqında ətraflı burada oxu.


Bunlar Ötən əsrin əvvəlindən bu yana Azərbaycan tarixinin keşməkeşli illərində nisbətən daha uzun müddətə ölkəyə rəhbərlik etmiş şəxslərdir. Ola bilər sənin 100 ilin siyasətçisi hesab etdiyin şəxs onların arasında deyil, ya da ümumiyyətlə "beləsi olmayıb" deyirsən.
Fikirlərini aşağıdakı forumda yaz,
Azərbaycanın son 100 ilinin siyasətçisini sən müəyyən elə.
XS
SM
MD
LG