Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:29

"Titanik"in batacağını əvvəlcədən görmüş yazıçını tanıyaq


Morgan Robertson
Morgan Robertson
-

Yazılması müşkül əsərlər


Bəzən ədəbiyyat gələcək hadisələri peyğəmbərcəsinə görə bilir. Xüsusən, fantastika janrında yazılan əsərlərdə sualtı qayıqlar, hava bombardmanları, videoçəkilişlərin təsvirləri, bunların ixtira edilməsindən xeyli əvvələ təsadüf edir.

Amma Amerika yazıçısı Morgan Robertson-un (1861-1915) bir əsəri ilə yəqin heç nə müqayisə oluna bilməz.

Söhbət onun 1898-ci ildə yazdığı "Futility" adlı qısa romanından gedir.

Əsərdə sudabatmaz sayılan, amma Atlantik okeanını keçərkən aysberqlə toqquşub məhv olan dəbdəbəli səyahət gəmisindən bəhs edilir. Gəminin adı isə "Titan"dır!!!

Bu əsər 1912-ci ildə məşhur "Titanik" gəmisinin batmasından 14 il qabaq yazılıb.

Əsərdəki gəmidə xilasedici qayıqların sayı da "Titanik"dəki kimi yetərsiz olur. Bir çox başqa detallar da reallıqda baş vermiş faciəni xatırladır.

Bu, Morgan Robertson-un yeganə belə əsəri deyil.

Ölümündən 3 il qabaq - 1912-ci ildə o, "Beyond the Spectrum" hekayəsini yazmışdı.

Hekayədə Amerika ilə Yapon İmperiyası arasında müharibədən danışılır. Yaponlar Amerika üzərinə genişmiqyaslı hücum etməyib onun Havay adaları və Filippin ətrafındakı gəmilərini batırırlar. Bu da iki ölkə arasında müharibənin başlanmasına səbəb olur.
"Titanik" gəmisi, 1912
"Titanik" gəmisi, 1912

İki qüdrətli dövlətin reallıqda toqquşması isə bundan təxminən 30 il sonra - 1941-ci il dekabrın 7-də baş verəcəkdi. 2-ci Dünya Müharibəsində Hitlerin müttəfiqi olan yaponlar qəfil hücumla amerikanların Havay adalarındakı "Pearl Harbor" hərbi bazasını bombardman edəcək. saat yarıma 2300-dən çox amerikalını öldürüb 18 gəmini batıracaqdılar. İki ölkə arasında müharibə belə başlanacaqdı...

Bu rubrikada həmçinin oxu
“E” hərfi işlədilmədən yazılmış roman...
Ağzı, qolları, ayaqları iflic olsa da, roman yazır - Video
XS
SM
MD
LG