Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:48

Əli İnsanov tezliklə azadlığa çıxa bilərmi?


Əli İnsanov Ədliyyə nazirini ittiham etdi: "Xalan oğlu İlham Əliyevə güvənirsən?"
Gözlə

No media source currently available

0:00 0:03:07 0:00
-
Yanvarın 17-də Bakı Apellyasiya Məhkəməsindəki çıxışında Əli İnsanov Avropa İnsan Haqları Məhkəməsinin onunla bağlı qərarının yerinə yetirilmədiyini xatırladanda həbsinin siyasi sifarişçisi kimi ölkə başçısını ittiham etmişdi:

«Bu məhkəmə nə hökumətin, nə də bizim şikayət əsasında keçirilir. Bu proses Avropa Məhkəməsinin qərarı əsasında keçirilir. Mənim həbsimə siyasi göstərişin kimdən gəldiyi işimə baxan müstəntiqin, hakimlərin, hətta həbsxana rəisinə bəllidir. O, bir nəfərdir - İlham Əliyev».

AVROPA İNSAN HAQLARI MƏHKƏMƏSİ, ALİ MƏHKƏMƏ, YENƏ BAKI APELLYASİYA MƏHKƏMƏSİ...

Əli İnsanov 11 il azadlıqdan məhrum edilməsi barədə hökmlə, eləcə də işgəncəyə məruz qalmasıyla bağlı ədliyyə nazirinə və Penitensiar Xidmətə qarşı Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmişdi. Avropa İnsan Haqları Məhkəməsi də 14 mart 2013-cü il tarixli qərarı ilə Əli İnsanovun Avropa Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması) və 3-cü (işgəncəyə məruz qalmamaq) maddələri ilə taəminat verilən hüquqlarının pozulduğunu təsdiqləyib.

Noyabrın 15-də Ali Məhkəmənin Plenumu Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Əli İnsanovla bağlı qərarına baxaraq, Ali Məhkəmənin və Bakı Apellyasiya Məhkəməsinin hökmlərini ləğv edib. Eyni zamanda, plenum birinci instansiya məhkəməsinin İnsanovun 11 il müddətinə azadlıqdan məhrum edilməsi haqqında hökmünü qüvvədə saxlayıb. Lakin Plenumun qərarına əsasən, AİHM-nin göstərişi nəzərə alınmaqla, iş təkrar məhkəmə istintaqı üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Bu məhkəmə yanvarın 31-ə qədər təxirə salınıb. Bakı Apellyasiya Məhkəməsində yanvarın 17-də keçirilən ilk prosesdə vəkillər Əli İnsanovun dəmir barmaqlıqlar arxasından çıxarılaraq müdafiə tərəfinin yanında oturdulması, cinayət işinə bəraətverici əsasla xitam verilməsi, qətimkan tədbirinin ləğv edilməsi ilə bağlı vəsatət qaldırdı.
Toğrul Babayev
Toğrul Babayev
Məhkəmə vəsatətləri təmin etmədi.

Bundan sonra Əli İnsanov məhkəmənin siyasi sifarişlə işlədiyini bildirib və məhkəmə heyətinə etiraz edib.

VƏKİL: QANUNLA AZAD OLUNMALIDIR

Bəs, Əli İnsanov işinin axırı necə olacaq, o, azadlığa buraxılacaqmı? Vəkili Toğrul Babayev deyir ki, qanunla Əli İnsanov azad olunmalıdır:

«Qanunun tələblərinə görə buraxılmalıdır. Qaldı bunlar nə fikirləşir, Allah bilir. Buraxmamaq üçün əvvəl müəyyən işlər gördülər. Plenium gərək buraxaydı, eləmədi. İndi də məhkəmə elə bir vəziyyətə düşüb ki. Ali Məhkəmənin Pleniumu deyir ki, araşdırma apar. Amma ondan əvvəl Ali Məhkəmnin qərarı var, deyir ki, araşdırma apar. Belə olan vəziyyətdə məhkəmənin əli-qolu bağlanıb. Ona görə məhkəmə avtomatik birinci instansiya məhkəməsinin hökmünü ləğv eləməlidir. Çünki Avropa Məhkəməsi deyib ki, orda Əli İnsanov barəsində kobud qanun pozuntusu olub, ədalətsiz məhkəmə keçirilib. Hökm ləğv olunan kimi Əli İnsanov avtomatik azadlığa buraxılmalıdır».

Vəkili deyir ki, Əli İnsanovun buraxılmaması üçün haqqında əlavə cinayət işinin açılacağına inanmır.

Əli İnsanov yanvarın 17-də keçirilən məhkəmədə ittihamedici və siyasi bəyanatlarla da çıxış etdi. Çıxış heç də optimis əhvalruhiyədə qurulmamışdı:

«Sizin prezidentiniz İlham Əliyev mənim həbsdə saxlanmağım barədə göstəriş verib. Siz istəsəniz də, qanunlar imkan versə də, məni həbsdən azad etməyəcəksiniz».

Müzəffər Baxışov
Müzəffər Baxışov
MÜMKÜN VARİANTLAR...

Hüquqi Dövlət Araşdırmalar Mərkəzinin rəhbəri Müzəffər Baxışov da mümkün variantları dilə gətirir:

«Hüquqa görə, bunun mahiyyəti ondan ibarətdir ki, Əli İnsanov barəsində birinci instansiya məhkəməsinin – yəni o vaxt Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü çıxıb. Amma o hökm indilikdə qanuni qüvvəyə minməyib. Yəni, bu hökmə Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Apelyasiya Məhkəməsi həmin hökmü qüvvədə saxlasa, artıq o hökm qanuni qüvvəyə minmiş hesab olunacaq. Hökmü ləğv eləsə, Əli İnsanov azadlığa çıxa bilər. Ya da belə qayda var, bir dəfə də bu işi fırladacaqlar. Əli İnsanov tamamilə düz deyir, o bilir ki, bizdə məhkəmə yoxdur, onun üçün belə deyir, axı Azərbaycanın öz reallıqları var».

Əli İnsanov 2005-ci il parlament seçkiləri ərəfəsində həbs edilib. O, əvvəlcə dövlət çevrilişinə cəhddə ittiham olunub. Daha sonra ittiham ayrı icraata götürülüb. 2007-ci ilin aprelində o, iqtisadi cinayətlərə görə mühakimə olunub və 11 il azadlıqdan məhrum edilib. Sonradan Ə.İnsanov hüquq-müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınıb.
XS
SM
MD
LG