Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:49

Gəncədə Rəsulzadənin tək büstü örtülü qaldı...


Gəncə, M.Ə. Rəsulzadənin büstü
Gəncə, M.Ə. Rəsulzadənin büstü
-
GƏNCƏDƏ RƏSULZADƏNİN TƏK BÜSTÜ ÖRTÜLÜ QALDI...

Hasarlanmış parkda - kökündən çıxarılmış ağaclar, qum, torpaq, zibillik və 8 aydır çadırla bükülmüş Məhəmməd Əmin Rəsulzadəyə məxsus büst. Gəncədə Rəsulzadənin tək büstü Dəmiryolçuların parkında ucalır.
Tarixçi müəllim Sabir Məmmədov deyir ki, Məhəmməd Əmin Rəsulzadə Azərbaycan tarixində böyük xidməti, əməyi olan insanlardan olub. Rəsulzadənin siyasi fəaliyyətinin Cumhuriyyət dövründə 3 ayını Gəncədə keçirməsini yada salan tarixçi ölkənin 2-ci böyük şəhərində onun tək heykəlinə qarşı biganəlikdən gileylənir:

Sabir Məmmədov
Sabir Məmmədov
"BAŞINA DA TORBA KEÇİRİBLƏR."

“Məhəmməd Əmin Rəsulzadənin xatirə günüdür. Prezidentin sərəncamı ilə 130 illiyin qeyd edilməsi var. Sərəncam olmasına baxmayaraq Gəncədə yalnız bir yerdə büst var, başqa yerdə yoxdur. Buna da münasibət çox laqeyddir. Burda heykəl bərbad haldadır. Qum töküblər yerə, bərkiyib, hər yer zir-zibildir. Başına da torba keçiriblər. Bunun ətrafı gül çiçək olmalı idi. Dünya tarixində özünə yer tutan şəxsiyyətə belə münasibət var. Xarici ölkədən Azərbaycana nümayəndə heyəti gəlib. Gəlib hansı mənzərə ilə tanış olacaqlar? Mustafa Kamal Atatürk necə əzizdirsə Rəsulzadə də bizim üçün əzizdir”.

Ölkə prezidenti Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən bütün ölkə üzrə silsilə tədbirlər, anım mərasimləri keçirilməlidir. Yanvarın 31 –də yubiley günü olsa da Gəncədəki tək büst olan hasarlı parkda nə təmir işləri gedir nə də təmizlik...
Lakin indiyədək cumhuriyyət və digər anım günlərində sakinlər, şəhər fəalları siyasi xadimi ziyarət edirdilər.

Həsən Hüseynli
Həsən Hüseynli
Məsələn REAL hərəkatı 2012 ci ildə Gəncədə sözügedən büstün önündə anım tədbiri keçirmişdi. Kamil Vətəndaş İctimai Birliyinin sədri Həsən Hüseynli deyir ki, hər il olduğu kimi ötən il də may ayının 28 də cumhuriyyət günü ziyarətə getsələr də hasarlanmış parka girişə icazə verilməyib.



“ÜMİD EDİRİK Kİ,...”

“Məhəmməd Əmin Rəsulzadənin 130 illiyi ilə bağlı sərəncam olub. Tədbirlər nəzərdə tutulur. Gəncədə Məhəmməd Əmin Rəsulzadəni may ayının 28-də gənclərlə birlikdə yad edirdik. Təəssüf ki, ötən il ziyarət edə bilmədim. Təmirə başladılar. Hasarladılar, amma heç bir təmir işi aparılmayıb. Ümid edirik ki, təmir işləri sərəncamdan sonra başa çatacaq”.

Dəmiryolçular parkı ötən ilin mayın 26 da hasarlanıb, təmirə dayanıb.

​Şəhər İcra hakimiyyətinin ictimai siyasi şöbəsindən verilən məlumata görə, park təmirə dayanıb və bu səbəbdən orda hansısa tədbirin keçirilməsi nəzərdə tutulmur. O ki qaldı prezidentin sərəncamına şöbədən bildirdilər ki, hansısa anım tədbiri planlaşdırılmayıb.
XS
SM
MD
LG