Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:47

Astara gömrüyündə saxlanan kafel dolu maşınlar 3 ay sonra buraxılıb...


Gömrükdə qalan maşınlar
Gömrükdə qalan maşınlar
-
Astara gömrüyündə ötən ilin noyabr ayından saxlanan "Ulduz" firmasının kafel dolu yük maşınlarına ərazidən çıxmağa icazə verilib. Bu barədə yük maşının sürücüsü Vidadi Abbasov məlumat verib. Onun sözlərinə görə, 14 maşın mənzil başına çataraq yükləri boşaldılıb. Gömrükdə yalnız bir maşın qalıb. O, sürücülərə qarşı diqqətsizlikdən şikayət edir.

“YAXŞI, MƏNİ 3 AY SAXLADIN, 3 AYDAN SONRA KİMİNSƏ CİBİ DOLDU?”

Vidadi Abbasov
Vidadi Abbasov
“Prezident aparatına, respublika prokuroluğuna, milli təhlükəsizlik nazirliyinə müraciət etdik ...Yənə heç bir yerdən bizə kömək edən, sahib çıxan olmadı. Çarəsiz qaldım, gördüm səsimə səs verən yoxdur. Götürdüm maşınımı. Mən kiməm, adi sürücüyəm. Fəhlə sinfi. Mən maşınımla çörək qazanıram. Rusdan qalma köhnə maşındır. Gömrük mənə deyir qal, qalıram. Yaxşı, məni 3 ay saxladın, 3 aydan sonra kiminsə cibi doldu? Dediz ki, götür maşını get”.

Vidadi Abbasov deyir ki, gömrükdə saxlandığı müddət üçün heç bir ödəmə olmayıb:

“Heç bir ödəmə olmadı. Nə mal yiyəsi, nə gömrük. Bir qəpiyə sahib ola bilmədik. Heç nə. Prezident aparatında olduq. Ordan zəng etdilər gömrük komitəsinə. Qəbul elədilər. Bir polkovnik dinlədi bizi. Axırda bunu dedi ki, bizim sizə heç bir köməkliyimiz dəyməz. Yükü buraxdılar həmin sənədlə, noyabrın 7-də məni saxladıqları sənədlə. Həmin sənədlə gömrük buraxdı, çıxdım getdim. Yükü boşlatdım, oradan da gəldim evimə”.

Vidadi Abbasovun sözlərinə görə Azərbaycanda yük maşını sürüb çörək pulu qazanmaq çətinləşib. Sürücünün dediynə görə, bir mərkəz, bir yer yoxdur ki, dərdlərini danışa bilsinlər:

“BU HAQSIZLIĞA SON QOYULSUN”

​“Mən bir ağsaqqal kimi, qocaman sürücü kimi demək istəyirəm ki, bu Azərbaycanda bu haqsızlığa son qoyulsun”.

Sürücü Sahib Zeynalov da 3 ay evə heç bir qazanc gəlmədiyini deyir. Onun bildirdiyinə görə, mağzalara çoxlu borcları var. Üstəlik yük altında qalmış maşınlarda çoxlu nasazlıqlar əmələ gəlib.

“QAZ PULU BORCU, İŞIQ PULU BORCU...”

sürücülər
sürücülər
“Evdə yığılan qaz pulu borcu, işıq pulu borcu...Dünən də məhkəmədən mənə bir kağız gəlib ki, yolda məni saxlayıblar, onun cəriməsini məndən istəyir. Nə cərimə, heç cərimə də bilinmir nə üçündür? Maşının bütün sənədləri yerindədir. Bu qədər haqsızlıq olmaz. Özüm də gəncəm. Gündə televiziyalarda deyirlər ki, gənclərə köməklik edirk. Mən köməklik görmədim. Mən prezident aparatında oldum, ombudsman deyilər orqanda oldum. Gömrük komitəsində. Heç yerdə öz haqqımı tələb edə bilmədim. Bu qədər haqsızlıq var”.

MƏHKƏMƏ DAVAM EDİR...

“Ulduz” firmasının sahibi Mədət Pənahov deyir ki, onlara məxsus kafel yüklənmiş maşınların Astara gömrüyündə qanunsuz saxlanması ilə bağlı məhkəməyə müracət edib. Birinci iqtisad məhkəməsi yük maşınların gömrükdən buraxılması barədə qərar çıxarıb. Lakin məhkəmə davam edir:

“MALIMI VERDİLƏR”

“Maşınları buraxdılar, biri gəlməyib. Gömrük buraxır, sürücü deyir maşın xarabdır. Məhkəmə qərar verdi, boşaltmağına. Bunlar da orda boşaltmadılar, göndərdilər Bakıya. Məhkəmə davam edir. İddia ola bilər dəyişsin. Onu bilmirəm necə olacaq. Zərəri necə olacaq bilinmir? Amma malımı verdilər. Qayda-qanun necə tələb edir verdilər. Gec də olsa verdilər”.

Mədət Pənahovun sözlərinə görə maşınlar qanunsuz olaraq gömrükdə saxlanıb. Gömrük də qanunsuz saxladığı günlər üçün sürücülərə pul verməlidir. Ancaq gömrük bundan imtina edir. Buna görə də özü müəyyən qədər sürücülərə pul verib.

“ZƏRƏRÇƏKƏN OLA-OLA ZƏRƏRİ DƏ MƏN ÖDƏDİM”

“Mən açığı, hörmət elədim sürücülərin hamısına, hörmət elədim. Amma mənim borcum deyildi. Məhkəmə qaydasında sübut olundu ki, mənim heç bir günahım yoxdur. Zərərçəkən ola-ola hələ mən zərər də ödədim. Deyilənə qədər ödəmək imkanım yox idi. Günahım olmayan yerdə nə üçün pul ödəməliyəm? Məhkəmə qaydasında sübut olundu ki, sənədlərim qaydasındadır”.

Astara Gömrük İdarəsindən isə bu məsələ ilə bağlı yenə münasibət bildirmək istəmədilər.

Hüquqşünas Elman Hüseynov isə deyir ki, sürücülər istəsələr ayrıca məhkəməyə müraciət edə bilərlər.
XS
SM
MD
LG