Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:43

CPJ: «İlham Əliyev mətbuat azadlığını utanmadan tapdalamaqdadır»


Committee to Protect Journalists
Committee to Protect Journalists
-
Azərbaycan 2014-cü ildə Avropa Şurasında sədrliyə hazırlaşarkən Prezident İlham Əliyevin avtoritar rejimi ölkədə mətbuat azadlığını utanmadan tapdalamaqda davam edir. Bu barədə Nyu-Yorkda mənzillənən Jurnalistləri Müdafiə Komitəsinin bəyanatında deyilir.

“Hakimiyyət tənqidi səsləri susdurmaqdadır, İnternetdə ifadə azadlığını hədəfə alır, jurnalistləri uzunmüddətli həbsə atır.

Yerli jurnalistlərdən biri mükafatını almaq üçün Norveçə gedə bilməyib, onlarla xarici jurnalist persona non-qrata elan olunub.

İqtidaryönlü medianın araşdırmaçı jurnalist Xədicə İsmayılovaya qarşı kampaniyası cəzasız qalıb. Defamasiyaya görə cinayət cəzası İnternetə də aid edilib, yerli QHT-lərin maliyyələşdirilməsi məhdudlaşdırılıb.

İyunda Avropa Komissiyasının prezidenti José Manuel Barroso İlham Əliyevi ölkədəki insan haqları və mətbuat azadlığı pozuntularına görə hesab sormaqdansa, ona dəstək təklif edib. Oktyabrda avtoritar lider üçüncü dəfə prezident seçilib”.
XS
SM
MD
LG