Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:36

Binəqədidə yeni tikililərin sakinləri qaz tələb edirlər [Video]


Qazsız qalan bina sakinləri aksiya keçirdilər...
Gözlə

No media source currently available

0:00 0:03:40 0:00
-
Fevralın 15-də Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsindəki yeni tikililərin sakinləri aksiya keçiriblər.

Sakinlərin dediyinə görə, bir neçə ildir istifadəyə verilməsinə baxmayaraq evlərə mavi yanacağın və qəbalələrin (kupça) verilməməsi onların narazılığına səbəb olub. Üstəlik, uşaq parkı üçün nəzərdə tutulmuş ərazidə başqa tikintilər aparılır.

Sakinlərin sözlərinə görə, Binəqədi rayon İcra Hakimiyyətindən də bir nümayəndə əraziyə gəlib. Ancaq sonradan o ərazini tərk edib.

Sakinlərin şikayətlərinə münasibət öyrənmək üçün biz də icra hakimiyyətinə yollandıq. İcra hakimiyyətindən əvvəlcə birinci müavin İlqar Süleymanovun jurnalistlərin suallarına cavab verəcəyini desələr də, sonradan oranı tərk etməyimizi tələb etdilər.

Fevralın 14-də yeni binalara qaz verilməməsi ilə bağlı məsələ Milli Məclisdə də müzakirə olunub. Deputatların bununla bağlı qaldırdığı məsələyə parlamentin spikeri Oqtay Əsədovla Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev münasibət bildirib. Bu məsələni araşdırdığını deyən spiker bildirib ki, belə bir vəziyyət yeni tikilən binaların 70 faizə qədərində tüstü bacalarının olmaması ilə bağlıdır.

Rövnəq Abdullayev də yaşayış üçün tam hazır olmayan binalara qaz verilməyəcəyini deyib. O qazsızlıqdan şikayət edən sakinlərə həmin binaları tikənlər qarşısında məsələ qaldırmağı təklif edib.
XS
SM
MD
LG