Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:39

Viktor Yanukovych-i pərt edən hadisələr


Ukraine -- President Viktor Yanukovych (R) and his Azerbaijani counterpart Ilham Aliyev review a guard of honor during a welcoming ceremony at the start of Aliyev's two-day official visit to Ukraine, in Kyiv, November 18, 2013
Ukraine -- President Viktor Yanukovych (R) and his Azerbaijani counterpart Ilham Aliyev review a guard of honor during a welcoming ceremony at the start of Aliyev's two-day official visit to Ukraine, in Kyiv, November 18, 2013
.

QAPI ÜZÜNƏ BAĞLANDI...
Ukraynanın hakimiyyətdən devrilən prezidenti Viktor Yanukovych-in bəxti, deyəsən, elə prezidentliyinin birinci günündə - andiçmə mərasiminə gələrkən üzünə gülməmişdi. 2010-cu il, fevralın 25-də and içmək üçün mərasim zalına girərkən qapılar üzünə bağlanmışdı. Bəlkə də prezidentliyinin yarımçıq başa çatacağına işarə olan bu uğursuzluq hakimiyyətdə olduğu 4 ildə onu qarabaqara izlədi:



ƏKLİLİ KÜLƏK BAŞINA ÇIRPDI...
Beləliklə ilk iş günündə qapısı bağlanan Viktor Yanukovych-in hakimiyyət illərində başına gəlməyən qalmadı. Yanukovych dünyanda qoyduğu əklili küləyin başına çevirdiyi bəlkə də ilk prezidentdir. Ola bilər o, bu talesiz qəzanı yaşayan son prezident olacaq. Çünki artıq internet prezidentlərin təhlükəsizlik xidmətlərinə bu durumda necə davranmalı olmalarına dair şarjlarla doludur:

SÖZÜ AĞZINDA QALDI...
Bəxtsiz Yanukovych-i izləyən təkcə küləyin qəzası deyildi. Ukrayna prezidenti texnologiyanın da qəzəbinə az rast gəlmədi. Gah oturduğu kreslosu sındı, gah da beləcə çıxışını naməlum səslər kəsdi:



TAMAHI PƏRT QOYDU...
Yanukovych rəsmi protokol tədbirlərində bəzən yerinə düşməyən sərbəstliyi ilə tez-tez gülüş obyekti olurdu. Rəsmi keçidlərdən birində onun məşğuliyyət üçün ağzına bir şey atmaq həvəsini boğa bilməməsi, hələ üstəlik yanında dayanmış Rusiya prezidenti və Baş nazirinə də bunu təklif etməsi rəsmi tədbirin ciddiyyətinə namünasib olan bir mənzərə yaratmışdı:



ARAQ PAYINI İKİQAT İSTƏDİ...
Viktor Yanukovych içki həvəskarı olduğunu heç özü də gizlətmirdi. Veteranlarla görüşdə onların şərəfinə badə qaldırarkən araq payını ikiqat istəyən Yanukovych-in bu görüntülərini Youtube-da 1.5 milyondan çox adam izləyib:

ƏZBƏRİNİ UNUTDU...
Viktor Yanukovych ya ana dili olan Ukrayna dilini yaxşı bilməməsinə, ya da sadəcə dalğın olduğuna görə tez-tez gülüş obyektinə çevrilirdi. Bəzən dövlət başçısı komandasının hazırladığı dövlət proqramlarının adlarını belə unudub pərt olurdu:



YUMURTA ZƏRBƏSİNDƏN YERƏ SƏRİLDİ...
Bu səhnəni isə ola bilər Viktor Yanukovych Kiyevdəki sarayını tərk etdiyi o müdhiş gecə qədər heç vaxt unutmayacaq. 2010-cu ildə onu sevməyənlərin üstünə atdıqları yumurtanı, Allah bilir, Yanukovych nə zənn edib də tirtap yerə düşdü:


VƏ SONDA DA İLHAM ƏLİYEVİN HÜZURUNDA... AMMA BU DƏFƏ PƏRT OLAN QAROVUL RƏİSİDİR...
Ukrayna prezidentinin çevrəsində baş verən bu qəzavü-qədər Azərbaycandan da yan keçmədi. Keçən ilin noyabrında Azərbaycan prezidenti İlham Əliyev üçün təşkil olunan təntənəli qarşılanma mərasimində qarovul rəisinin başına bəlkə də min ehtimaldan biri gəldi. Amma cəld tərpənən zavallı qarovul rəisi iki prezidentin qarşısında xətadan yalnız kiçik təbəssümlə can qurtara bildi:
XS
SM
MD
LG