Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:20

Krım tatarlarının lideri Putinə nə deyəcək?


Mustafa Jemilev (ortada)
Mustafa Jemilev (ortada)
Krım tatarlarının lideri Mustafa Jemilev Moskvaya yola düşüb. Təyyarəyə minməzdən əvvəl Jemilev deyib ki, “Putinlə görüş mümkündür. Bizə deyilib ki, bu, bizdən asılıdır. Puitin də bildirib ki, bizimlə görüşməyə şad olardı”

Jemilev Putinlə görüşsə, ona nə deyəcək?

“Bizim əsas şərtimiz Rusiya qoşunlarının Krımdan çıxarılmasıdır. Bundan sonra istənilən mövzudan danışmaq olar. Krım tatarlarının fikrincə, parlamentin qərarlarının və bəyannamələrinin qanuni gücü yoxdur, çünki parlament legitim deyil. Krım parlamenti özünü separatist qurum kimi aparır”.

Jemilev deyir ki, “Krım tatarları Ukrayna ilə inteqrasiyaya tərəfdardır”.

VAŞİNQTONUN MOSKVAYA SUALLARI

ATƏT Krımdakı referenduma müşahidəçi göndərməyəcək. ATƏT-ə hazırda sədrlik edən İsveçrənin xarici işlər naziri Didier Burkhalter isə Krımda martın 16-da keçirilməli referendumu qanunsuz adlandırıb.
Simferopolda refrendum əleyhinə nümayişdən
Simferopolda refrendum əleyhinə nümayişdən

ABŞ Dövlət katibi John Kerry ilə Rusiyanın xarici işlər naziri Sergey lavrovun telefon danışığında isə tərəflər heç bir razılığa gəlməyiblər.

Bu telefon danışığından qabaq Vaşinqton Moskvaya bir sıra suallar göndərib ki, böhran həll etmək üçün Moskva hansı diplomatik addımlara gedərdi.

Dövlət Departamentinin sözçüsü Jen Psaki deyir ki, Moskvanın cavabları onun mövqeyinin dəyişmədiyini göstərir.

Belə olan halda Kerry Lavrova nə deyib?

Psakinin sözlərinə görə, Kerry bildirib ki, “əsas hədəf Ukraynanın toxunulmazlığı və suverenliyinin qorunub –saxlanmasıdır. Ancaq Moskvanın cavablarında bunu görmədik”.
Simferopol
Simferopol

Rusiyanın xarici işlər nazirliyindən bildirirlər ki, Lavrov Krerryyə Krım xalqının öz gələcəyini müəyyən etmək haqqından danışıb.

Rəsmi Kiyevin reaksiyasını isə Oleksandr Turchynov bildirib. O, Frans Pressə deyib: “ Onların referendum adlandırdığı Krımda yox, Kreml ofislərində olacaq”.

RUSİYAYA MÜNASİBƏT KƏSKİN PİSLƏŞİR

ABŞ-da ictimai fikirdə isə Rusiyaya rəqib münasibət güclənir. NBC News və Wall Street Journal qəzetinin birgə keçirdiyi rəy sorğusunda Rusiyaya rəqib gözlə baxanlar 72 faizə çatıb. Bu, 1995-ci ildən bəri ən yüksək göstəricidir. O vaxt belə düşünənlər 35 faiz idi.

Rəyi soruşulanların hər 10 nəfərindən 6-sı Putin haqda mənfi fikirdədir.

Bəs Obamanın Ukrayna-Rusiya qarşıdurmasında mövqeyini, atdığı addımları amerikalılar bəyənirmi?

Rəyi soruşulanların 43 faizi bəyənir, 40 faizi bəyənmir.

Rusiyaya təzyiq göstərmək üçün ABŞ təkbaşına sanksiyalara getməlidirmi yoxsa bunu Avropa Birliyi və başqa ölkələrlə birlikdə etməlidir?

Rəyi soruşulanların 5 faizi hesab edir ki, ABŞ təkbaşına sanksiyalara getməlidir. 48 faiz deyib ki, bunu o biri ölkələrlə birlikdə etmək lazımdır.

26 faiz isə hesab edir ki, qoy Avropa Birliyi özü Rusiya ilə problemi yoluna qoysun, ABŞ buna qarışmasın.
XS
SM
MD
LG