Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:24

“Yüz ilin tənhalığı” niyə film olmadı?


Gabriel Marquez
Gabriel Marquez
-

Harvey Weinstein elə bir prodüser deyil ki, təklifləri tez-tez geri çevrilsin.

Hollywood-da onun kimi nüfuzlu adam azdır.

Hətta bu yaxınlarda dünyasını dəyişmiş Nobel mükafatlı Gabriel Garcia Marquez də bir zaman ona birbaşa “yox” deməmişdi.

Weinstein yazıçıdan, şah əsəri olan “Yüz ilin tənhalığı”nı ekranlaşdırmağın icazəsini istəməsini xatırlayır.

Marquez-in cavabı belə olmuşdu ki, onu və rejissor Giuseppe Tornatore-ni ("Cinema Paradiso" kimi məşhur filmin rejissoru - red.) “Yüz ilin tənhalığı” əsasında film çəkməyə ən münasib namizədlər sayır. Amma bir şərti var: “Biz kitabı tam şəkildə ekranlaşdırmalı, amma hər il yalnız 2 dəqiqəlik bir bölümünü yaynlamalıyıq – bu, 100 il davam etməlidir”...

Weinstein onu da xatırlayır ki, Marquez-lə ilk ünsiyyəti 1983-cü ildə olub – onun ssenarisi əsasında çəkilən “Eréndira” filminin hüquqlarını əldə edəndən sonra.

Weinstein xatırlayır ki, o zaman sınaq baxışı zamanı tamaşaçıların davranışında müşahidə edilən narahatlığa görə filmi qısaltmaq qərarı verilmişdi.
Harvey Weinstein
Harvey Weinstein

Bu bəd xəbəri telefonla Marquez-ə çatdıran Weinstein xəttin o biri başında bu cavabı eşitmişdi:

“Əgər onların dalı oturacaqda rahatlıq tapmırsa, onda, biz həmin hissələri mütləq kəsib atmalıyıq”.

Marquez öz romanlarına film çəkilməsinə həmişə mühafizəkar yanaşıb.

Onun “Gözlənilən bir qətlin tarixçəsi” əsərini italyan prodüser şirkəti ekranlaşdırıb.

Amerikanın xarici siyasətini “imperialist” sayan Marquez romanına Hollywood-da film çəkilməsinə yalnız ömrünün son illərində razılıq vermişdi.

2007-ci ildə onun “Taun zamanı eşq” romanı əsasında film çəkilmişdi.

Dostları deyir ki, yazıçı yalnız ona xərçəng xəstəliyi diaqnozu qoyulandan və ailəsinin gələcəyindən narahat olmağa başlayandan sonra bu anlaşmaya razılıq vermişdi.

“İndependent”dəki məqalə əsasında “Oxu zalı”


“Taun zamanı eşq”
XS
SM
MD
LG