Keçid linkləri

2024, 01 Dekabr, bazar, Bakı vaxtı 06:41

Rauf Mirqədirova yaxınları ilə görüşə və telefonla danışmağa icazə verilmir


Rauf Mirqədirov
Rauf Mirqədirov
-


«Zerkalo» qəzetinin əməkdaşı, hazırda Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanan Rauf Mirqədirov «törətməkdə təqsirləndirildiyi əməlin xarakterinə görə» yaxınları ilə görüşə və ya telefonla danışa, o cümlədən ona istədiyi qəzet verilə bilməz.

Rauf Mirqədirovun vəkili Elmar Süleymanov AzadlıqRadiosuna deyir ki, bu, jurnalistlə bağlı istintaqı aparan müstəntiqin qərarıdır:

«Bizə bu qərarı bu gün, yəni mayın 12-də təqdim elədilər. Həmin qərar mayın 7-də verilib. Bu qərardan sabah Bakının Səbail rayon məhkəməsinə şikayət edəcəyik».

Vəkil əlavə edir ki, onlar həm də Rauf Mirqədirovun həbs olunandan bəri məhkum hüquqlarının pozulmasından, yəni istədiyi mətbuatın ona verilməməsindən, o cümlədən yaxınları ilə görüşünə və ya telefonla danışmasına imkan yaradılmamasından məhkəməyə şikayət ediblər:

«Rauf Mirqədirov aprelin 19-da saxlanıb. Mayın 7-nə kimi, yəni müstəntiq bu qərarı verənə qədər o, məhbus hüquqlarından istifadə etməli idi. Amma onun bu hüquqları pozulub».

2010-cu ilin avqustundan Türkiyədə yaşayan «Ayna», «Zerkalo» qəzetlərinin şərhçisi Rauf Mirqədirov aprelin 19-da Türkiyədən deportasiya olunub və daha sonra Bakıda həbs edilib. O, «dövlətə xəyanət»də ittiham olunur. Jurnalist ittihamları rədd edir.
XS
SM
MD
LG