Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:27

Salyanda hüquq müdafiəçisi saxlanıb


Emil Məmmədov
Emil Məmmədov
-
Salyanda fəaliyyət göstərən «Demokratiyaya yardım» İctimai Birliyinin sədri Emil Məmmədov saxlanıb.

Bu barədə AzadlıqRadiosuna hüquq müdafiəçisinin qardaşı İlqar Məmmədov məlumat verib.

Emil Məmmədov hazırda Salyan rayon polis şöbəsindədir:

«Bir müddət əvvəl onun müavini Tofiq Qasımov həbs olunub. Guya o, kimdənsə zorla pul tələb edib. O, tutulandan sonra qardaşımı da təşkilat rəhbəri olaraq tez-tez Salyan polisinə çağırırdılar. Bu dəfə saxladılar».

«Demokratiyaya yardım» İB cənub regionunda ən fəal vətəndaş cəmiyyəti institutlarından biridir.

Salyan polisindən məsələyə şərh vermək istəməyiblər.
XS
SM
MD
LG