Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:27

Emil Məmmədov 3 aylıq həbs edildi


Emil Məmmədov - 14 may2014
Emil Məmmədov - 14 may2014
-
Ən son xəbərlər yazının əvvəlindədir.

POLİSDƏN İTTİHAM: PUL TƏLƏB EDİB

Salyan rayon Polis Şöbəsinin müstəntiqi Əlbaxış Məmiyev AzadlıqRadiosuna bildirib ki, Emil Məmmədov Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə pul tələb etmək) maddəsi ilə ittiham olunur:

«Emil Məmmədov rayonun bir neçə vəzifəli şəxslərindən hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinir».

3 AYLIQ HƏBS

Salyan rayon Məhkəməsi hüquq müdafiəçisi Emil Məmmədov haqqında 3 aylıq həbs-qətimkan tədbiri seçib.

Bu haqda AzadlıqRadiosuna onun həyat yoldaşı Sənubər Məmmədov məlumat verib.

GÖRÜŞƏ İCAZƏ VERİLMİR

Mayın 13-dən Salyan polis idarəsində saxlanan ictimai fəal Emil Məmmədova yaxınları ilə əlaqə saxlamağa və görüşməyə icazə verilmir.

Bunu AzadlıqRadiosuna Emil Məmmədovun xanımı Sənubər Məmmədova bildirib.

Sənubər Məmmədovanın dediyinə görə, bir müddət öncə Emil Məmmədovu polis idarəsinə çağırıb iki yerli məmurla üzləşdiriblər:

«Guya Emil onlardan zorla pul istəyib. Halbuki belə şey olmayıb. Ortada heç bir sübut yoxdur. Əksinə, Emil Salyanda baş verən yeyintilərlə bağlı Korrupsiya ilə Mübarizə İdarəsinə, prezidentə müraciət edib».
Emil Məmmədov
Emil Məmmədov
«EMİL MƏMMƏDOV KORRUPSİYA FAKTLARINI ÜZƏ ÇIXARIB»

Emil Məmmədov Vətəndaş Nəzarəti Şəbəkəsinin Salyan rayon üzrə əlaqələndiricidir. Şəbəkənin koordinatoru Esmira Əsədullayeva AzadlıqRadiosuna bildirib ki, onlar Emil Məmmədova konkret hansı ittihamın irəli sürüldüyünü bilmirlər:
«Amma bir aydır Emil Ombudsman Aparatına, müxtəlif yerlərə müraciət edib ki, ailəsinə, özünə təzyiqlər, hədələr var. Emil rayonda investisiya layihələrinin icra vəziyyəti ilə bağlı monitorinqlər aparıb, korrupsiya faktlarını üzə çıxarıb. Bunu da ictimailəşdirib. Fikrimcə, Emil Məmmədov bu fəaliyyətinə görə saxlanıb».

Ötən ilin noyabrında Emil Məmmədov AzadlıqRadiosuna ictimai fəaliyyətinə görə polis tərəfindən hədələndiyini bildirmişdi.

DİN: «RÜSVAYEDİCİ MƏLUMATLARLA HƏDƏLƏYƏRƏK PUL ALIBLAR»

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə AzadlıqRadiosuna bildirib ki, ötən ay «Demokratiyaya Yardım» İctimai Birliyinin əməkdaşı Tofiq Qasımov saxlanıb.
Orxan Mansurzadə
Orxan Mansurzadə
Buna səbəb onun barəsində Salyan Polis Şöbəsinə şikayətlər daxil olmasıdır:

«Rayonda yerləşən bəzi dövlət qurumlarının məsul nümayəndələri polisə müraciət edərək Tofiq Qasımov adlı şəxsin barələrində rüsvayedici məlumatlar yayma hədəsi ilə dəfələrlə onlardan pul aldığını, sonuncu şəxs haqqında müvafiq ölçü götürülməsini xahiş ediblər. Həmin müraciətlər əsasında Salyan RPŞ-də araşdırma aparılıb, ərizələrdə göstərilən xüsusatlar öz təsdiqini tapdığı üçün faktla bağlı İstintaq bölməsində Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə (Hədə-qorxu ilə tələbetmə) cinayət işi başlanıb. Bu il aprelin 16-da məhkəmə Tofiq Qasımov barəsində həbs-qətimkan tədbiri seçib».

Orxan Mansurzadənin dediyinə görə, Tofiq Qasımov istintaqda etiraf edib ki, o, bu işləri üzvü olduğu «Demokratiya Yardım» İctimai Birliyinin rəhbəri Emil Məmmədovun tapşırığı əsasında həyata keçirib:

«Emil Məmmədovla bağlı rayonda yüksək vəzifə tutan iki nəfər də polisə müraciət edərək birinci şəxsin onlardan pul tələb etdiyini bildiriblər. Belə olan halda sözügedən şəxsin də rayon polis idarəsinə çağırılması zərurəti yaranıb və Emil Məmmədov polis tərəfindən şübhəli şəxs qismində saxlanıb».
XS
SM
MD
LG