Keçid linkləri

2024, 01 Dekabr, bazar, Bakı vaxtı 06:38

Rauf Mirqədirovun şikayəti təmin olunmadı


Rauf Mirqədirov
Rauf Mirqədirov
-
Mayın 16-da Bakı Apellyasiya Məhkəməsi həbsdə olan jurnalist Rauf Mirqədirovun şikayətini təmin etməyib.

Bu haqda AzadlıqRadiosuna vəkil Fuad Ağayev məlumat verib.

Vəkilləri Rauf Mirqədirovun tutulmasının qanunsuz hesab edilməsi barədə iddia ilə Nəsimi rayon Məhkəməsinə müraciət etmişdilər.

Mayın 6-da məhkəmə iddianı təmin olunmaması ilə bağlı qərar çıxarmışdı. Vəkilləri həmin qərardan apelyasiya şikayəti vermişdilər.

Rauf Mirqədirov aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. Məhkəmə onun barəsində həbs-qətimkan tədbiri seçib. R.Mirqədirov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.
XS
SM
MD
LG