Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:27

Ukrayna böhranı (2-4 iyun xronikası)

Luqansk və Donetsk vilayətlərinə Rusiyadan daxil olan hərbi yardımın qarşısını almağa can ata Ukrayna hakiiyyətinin bunu necə həyata keçirəcəyi açıqlanmır

- Ukrayna prezidentinin səlahiyyətlərini yerinə yetirən Turchynov vəzifəsinin sonuncu günü ölkə şərqində hərbi vəziyyət elan etmək təklifini səsləndirib.

- Luqanskda 2 günlük döyüşdən sonra Ukrayna sərhədçiləri mövqelərini separatçılara təhvil veriblər

- Avropa səfərində olan Barack Obama Ukraynaya yardım vəd edib, NATO rəhbəri də Ukrayna ordusunun yenidən qurulmasında ölkəyə kömək olunacağını bildirib.

Ukrayna xəbərləri Canlı Bloq-da daim yeniləndiyindən sonuncu məlumat mətnin əvvəlindədir. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.

19:22 1.6.2014

Ukraynanın şərqində Rusiyameylli sakinlərin Kiyev hakimiyyətinə qarşı etiraz mitinqləri keçirlib. Donetskin mərkəzinə toplaşan bir qrup adam Roşen şirkətinin məhsullarını məhv etməklə Ukraynanın yeni prezidenti Petr Poroshenko-nu tanımadıqlarını nümayiş etdiriblər. Poroshenko qənnadı məhsulları istehsal edən müəssisələr şəbəkəsinin sahibidir.

Donetsk vilayətinin cənubundakı Mariupol şəhərində də Rusiyameylli sakinlərin mitinqi keçirib. Mayın 9-da tamamilə yanmış şəhər sovetinin binası qarşısına toplaşan bir qrup şəhər sakini artıq Ukraynanın şərqində ənənəyə çevrilən "xalq liderini" elan ediblər. Şəhər meri Yuri Khotlubey əvəzinə şəhər məmurlarından biri Aleksander Fomenko-nu "xalq meri" elan ediblər.
19:32 1.6.2014

KRIMDA RUSİYASAYAĞI DEMOKRATİYA

Krımda Ukraynalıların kilsəsi əllərindən alındı
Gözlə

No media source currently available

0:00 0:03:06 0:00

Krımı Rusiyanın tərkibinə qəbul edəndə preizdent Vladimir Putin elan etmişdi ki, burada milli və dini mənsubiyyətindən asılı olmayaraq hamının hüquları qorunacaq. Lakin çox keçmədi ki, buradan insan oğurluğu, qarət və təzyiqlər haqda gündəlik məlumatlar yayılmağa başladı. Bütün bu hadisələr, qəribə şəkildə yarımadanın Rusiyaya birləşməsindən xüsusi heyranlıq nümayiş etdirməyən adamların başına gəlir. İyunun 1-də Kırmın Pravoslav kilsəsi yerli kazakların hücumuna məruz qalıb.
20:01 1.6.2014

HƏRBİ XRONİKA SİLSİLƏSİNDƏN

Donetskdə heç də hamı Rusiyaya istəmir. Bölgənin Ukraynanın tərkibində qalmasını istəyən sakinləri də "Donbass" batalyonu yaradaraq Ukrayna silahlı qüvvələrinin tərkibində doyüşürlər
Donetskdə heç də hamı Rusiyaya istəmir. Bölgənin Ukraynanın tərkibində qalmasını istəyən sakinləri də "Donbass" batalyonu yaradaraq Ukrayna silahlı qüvvələrinin tərkibində doyüşürlər


Donetsk vilayətinin Torez şəhərində Ukrayna təhlükəsizlik xidmətinin binası partladılıb. Xəbər verilir ki, binaya “Muxa” tipli qumbaratandan atəş olub. Xəsarət alan yoxdurş

Milli qvardiyanın Maydanın özünümüdafiə üzvlərindən formalaşan bölməsi artıq xidmətə başlayıb. Bu haqda sosial şəbəkədə məlumat verən Ukrayna Təhlükəsizlik şurasının katibi Andrei Parubiy yazır ki, maydançılar Slavyasnk ətrafındakı mövqelərdə xidmət edəcəklər.

Ukrayna sərhəd xidməti məlumat yayıb ki, Luqansk vilayətinin “Melovoe” keçid məntəqəsində saxlanılan Rusiya vətəndaşı etiraf edib ki, Donbassdakı yaraqlı qruplaşmalardan birnin komandirdir. Onun yükündə hərbi geyim, maska, bıçaq və vilayətin xəritəsinin aşkar edilidyi bildirilir.

Davamı

XS
SM
MD
LG