Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:25

Rusiyanın iqtisadi inkişaf naziri Azərbaycanı Avrasiya İqtisadi Birliyinə çağırır


Aleksey Ulyukayev
Aleksey Ulyukayev
Bakıda səfərdə olan Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev Azərbaycanı Avrasiya İqtisadi Birliyinə və Gömrük İttifaqına qoşulmağa çağırıb: “İnteqrasiyanın bütün formaları müzakirə ediləndir və açıqdır. Azərbaycanın istər Avrasiya İqtisadi Birliyi, istər Gömrük İttifaqı, istərsə də inteqrasiyanın başqa formalarına iştirakı konkret müzakirələrin mövzusudur. Burada heç bir qadağa mövcud deyil. Hesab edirəm ki, Azərbaycanın bu razılaşmalarda iştirakı məntiqli olardı”.

Jurnalistlərə açıqlamasında Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev deyib ki, Azərbaycan indinin özündə MDB-nin azad ticarət rejimindən faydalanır.

“Amma daha irəli getmək lazımdır. Avrasiya İqtisadi Birliyi təkcə malların azad ticarət bazarı deyil, həm də burada xidmətlər, sərmayə, işçi qüvvəsi də nəzərə alınır. Bu biznesin qorunması deməkdir”

İyunun 2-də Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Aleksey Ulyukayevi qəbul edib.

Görüşdə Azərbaycanla Rusiya arasında siyasi, iqtisadi və digər sahələrdə ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, ticarət dövriyyəsinin artırılmasının önəmi qeyd edilib.

Söhbət zamanı iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
XS
SM
MD
LG