Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:37

Freedom House: «Azərbaycan Orta Asiya diktaturalarını geridə qoyur»


Freedom House-un dünyada azadlıqların vəziyyətinə dair xəritəsi
Freedom House-un dünyada azadlıqların vəziyyətinə dair xəritəsi
-
İyunun 12-də Freedom House beynəlxalq hüquq-müdafiə təşkilatı dünyada azadlığın vəziyyətinə dair növbəti hesabatını açıqlayıb. "Keçid dövrü ölkələri 2014" adlı hesabat keçmiş Sovet İttifaqı, Balkanlar, Mərkəzi Avropa regionunu əhatə edir.

RUSİYA KİMLƏRƏ NÜMUNƏ OLUR?

Hesabatda deyilir ki, son bir ildə Rusiya keçmiş sovet ölkələrini «repressiyanın yeni, həyəcan doğuran səviyyəsinə» çatdırıb.

Keçmiş Sovet İttifaqı, Balkanlar, Mərkəzi Avropa regionunu əhatə edən keçid ölkələrində demokratiyanın səviyyəsi 2013-cü ildə geriləyib. Bu geriləmə son on ildə davamlı olub. Eyni zamanda həmin regionda korrupsiya artıb.

Bununla belə hesabatda vurğulanır ki, 2013-cü ildə Ukrayna və Qırğızıstanda vətəndaş cəmiyyəti dirəniş göstərib:

“Balkanlarda da müsbət inkişaf qeydə alınıb, Kosovanın etnik serb əraziləri ilə bağlı Priştina və Belqradla məhsuldar danışıqlar aparılıb.

Amma vəzifəsini yerinə yetirə bilməyən hökumətlər demokratiya göstəricilərini aşağı dartmaqda davam edib.

DÖVLƏT NEFT ŞİRKƏTİNİN PULU HESABINA VARLANAN PREZİDENT AİLƏSİ

Freedom House vurğulayır ki, Kremlin qanunvericiliyə bəzi mürtəce dəyişiklikləri digər ölkələri də ruhlandırıb. Azərbaycanda hakimiyyət “xarici agentlər” qanununa oxşar dəyişikliklər edilib.
Azerbaijan -- Rashid Sherif's cartoon (freedom index)
Azerbaijan -- Rashid Sherif's cartoon (freedom index)


Hər bir ölkə korrupsiyadan əziyyət çəkir, ancaq bəzilərində vəziyyət daha pisdir. Hesabatda 27 keçmiş kommunist ölkəsi 7 ballıq şkala ilə (1 ən yaxşı 7 ən pis) göstərilib. Azərbaycanın korrupsiya balı ən pisə yaxın - 6.75 göstərilir.

Freedom House-un saytında yayılan hesabatın layihəsində Azərbaycan hakimiyyətinə qarşı sərt tənqidlər qeyd edilir:

“Atasının ölümündən sonra prezident vəzifəsini miras almış Prezident İlham Əliyev özünü və ailəsini dövlət neft şirkətinin pulu hesabına varlandırıb. Ancaq ölkədə media azadlığı və məhkəmənin müstəqilliyinə sərt qadağalar bu faktların qərəzsiz məhkəməyə çıxarılmasını əngəlləyir.

“Bu sülalə korrupsiyası prezidentin ailəsi ilə məhdudlaşmır. Nəqliyyat naziri Ziya Məmmədovun oğlu ölkənin ən böyük sərnişin daşıma biznesinə malikdir və nəqliyyat sektorunda dövlət sifarişlərindən faydalanan müəssisələr yaradıb”.

Hesabatda həmçinin Azərbaycanın ötən ilin oktyabrında keçirilən prezident seçkisi ərəfəsində vətəndaş cəmiyyəti fəalları, siyasi opponentlər və mediaya təzyiqləri gücləndirdiyi qeyd edilir:

“Altı illik geriləmədən sonra, Qafqazın ən böyük və varlı ölkəsi – Avropa Şurası Nazirlər Komitəsinin yeni sədri – indi Orta Asiya diktaturasına bərabər demokratiya reytinqinə malikdir. Sərbəst toplaşma və ifadə azadlığı Tacikistandan, korrupsiya indeksi isə Qazaxıstandan geridədir”.
Hakim partiyanın təmsilçiləri bu cür hesabatları qərəzli, həqiqəti əks etdirməyən iddialar adlandırırlar. Hakim Yeni Azərbaycan Partiyasından millət vəkili Siyavuş Novruzov Freedom House-un bu hesabatını "Azərbaycana qarşı qərəz" adlandırır. O, qafqazinfo.az saytına müsahibəsində bu hesabatın təşkilatın verdiyi bəyanatın Azərbaycan üçün heç bir əhəmiyyəti olmadığını deyib.
XS
SM
MD
LG