Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:49

Ermənistandan Bakıya 3 nəfərlik nümayəndə heyəti gəlib


Arxiv fotosu. Ermənistan parlamenti.
Arxiv fotosu. Ermənistan parlamenti.
AzadlıqRadiosunun erməni xidməti xəbər verir ki, iyunun 15-də Ermənistandan Bakıya 3 nəfərlik nümayəndə heyəti yola düşüb. Onlar iyunun 16-dan 18-ə qədər Bakıda keçiriləcək NATO Parlament Assambelyasının Cənubi Qafqazda problemlər və imkanlar mövzusunda seminarda iştirak edəcəklər.

Nümayəndə heyətinə deputatlar Tevan Poqosyan, Koryun Naapetyan və politoloq Richard Giragosian daxildir.

Tevan Poqosyan bildirib ki, seminarda müxtəlif mövzular, o cümlədən Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq. Poqosyan deyib ki, erməni nümayəndə heyətinin üzvü olaraq susmaq niyyətində deyil və Ermənistanın mövqeyini seminar iştirakçılarına çatdıracaq.
“Bütün mövzular üzrə biz öz mövqeyimizi çatdıracağıq və imkan verməyəcəyik ki, bu seminar birtərəfli olaraq Azərbaycanın piarına çevrilsin” - deyə deputat bildirib.

Poqosyan təsdiq edib ki, seminara dəvət edən tərəf, NATO Parlament Assambleyası Azərbaycan hakimiyyətindən erməni nümayəndə heyətinin təhlükəsizliyinə təminat alıb. Belə təminatla Azərbaycan parlamenti çıxış edib.

Erməni nümayəndə heyəti Bakıdan iyunun 19-da qayıdacaq.
XS
SM
MD
LG