Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:27

«Azərbaycanda korrupsiya riski böyükdür, bunu izləməli qurumlar isə zəifdir».


-

Transparency International təşkilatı iyulun 3-də Brüsseldə Azərbaycan və Moldova üzrə Milli İnteqrasiya sisteminin qiymətləndirilməsi - 2014 hesabatlarını təqdim edib.

Hər iki ölkə üzrə hesabat korrupsiyanın bu ölkələrin Avropa Birliyi ilə siyasi və iqtisadi münasibətlərini laxlatdığını göstərir.

Azərbaycan üzrə hesabatda deyilir ki, iqtisadiyyat neft gəlirlərindən həddən artıq asılıdır və Azərbaycan təbii sərvəti çox olan ökələr kimi korrupsiyadan ziyan çəkir.

Təşkilatın Azərbaycan bölməsi olan Transparency İnternational Azerbaijan-ın hazırladığı hesabatda bildirilir ki, cəmiyyətdə korrupsiya riskləri böyükdür. . Həyəcan doğuran isə bunu izləməli olan qurumların – vətəndaş cəmiyyətinin, media və siyasi partiyaların zəif olmasıdır. Parlamentdə bunu izləməli qurumlar, Hesabalama Palatası və Ombudsman institutları kifayət qədər müstəqil deyillər və qanunun təmin etdiyi səviyyədə öz güclərindən istifadə edə bilmirlər. Hərçənd Azərbaycanda anti-korrupsiya qanunvericiliyi var, özəl sektorda korrupsiya məsələsinin tənzimlənməsi və bir slıra vacib qanunlar yoxdur. Buna korrupsiya məlumatını verənin qorunması, maraqların ziddiyyəti, korrporativ idarəçilik qanunları a aiddir.

Bununla belə korrupsiya ilə mübarizədə bəzi ümidverici inkişaf var. Son illər hökumət korrupsiya ilə mübarizədə elektron xidməti tətbiq edib, bir pəncərəli ictimai xidmət mərkəzləri yaradıb, biznes qeydiyyatını sadələşdirməklə, özəl sektorda biznes mühitini yaxşılaşdırıb.

Bu hesabat tam şəkildə az sonra saytımızda olacaq.

XS
SM
MD
LG