Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:34

«Freedom House»un hesabatı ilə Azərbaycandakı vəziyyət üst-üstə düşürmü?


Zahid Oruc və İlham İsmayılla söhbət, 5 avqust 2006
Zahid Oruc və İlham İsmayılla söhbət, 5 avqust 2006

Avqustun 3-də beynəlxalq «Freedom House» təşkilatı «Ölkələr Yolayrıcında» adlı hesabatını yaydı. 30 ölkədə vəziyyəti təhlil edən bu hesabat 2004-cü ilin noyabrından 2005-ci ilin noyabrına qədər olan dövrü əhatə edir. Sənəddə ölkələrdəki vəziyyət 4 sahə üzrə 7 ballıq şkala ilə dəyərləndirilir. Bura ictimai fikrə hörmət, mülki azadlıqlar, qanunun aliliyi və antikorrupsiya məsələləri daxildir.


Hesabatda bu sahələrdəki vəziyyətə görə Azərbaycanın keçmiş Sovet məkanına daxil olan Ukrayna və Gürcüstan kimi bir sıra ölkələrdən geri qaldığı bildirilir. Azərbaycan az qala Zimbabve, Bəhreyn, Yəmən kimi ölkələrlə eyniləşdirilir.


«Azadlıq» radiosunun Bakı Bürosunda bu mövzuda keçirilən müzakirədə Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri İlham İsmayıl qeyd etdi ki, bütövlükdə, «Freedom House»un hesabatında mövcud durum olduğu kimi verilib: «Hesabat təhlillərə əsaslanır. Ciddi təşkilatdır, dəfələrlə hesabatlarını oxumuşuq. Ola bilsin ki, burada 5-10 faiz düzgün olmayan məqamlar olsun, amma bütövlükdə, mövcud durum olduğu kimi verilib».


Müzakirəyə qatılan millət vəkili Zahid Oruc isə birmənalı şəkildə hesabatla razılaşmadı: «Hesabatı yayan qurum özünün statusu etibarilə bir az siyasi maraqlara tabe etdirilmiş bir təşkilatdır. Həmin qurumun informasiya mənbələri də birbaşa hakimiyyət əleyhinə qurumlara söykənir... Qırğızıstan, Ukrayna və Gürcüstanın yalnız «məxməri inqilablar»a görə xeyli irəliyə qoyulması, şkalada irəli itələnməsi «məxməri inqilablar»ı stimullaşdırmaq üçündür».


İlham İsmayıl isə hesabatın siyasi maraqlara tabe etdirilməsi fikri ilə razılaşmır. «Xalq qəzeti»nin əməkdaşı Səbuhi Məmmədli və «Gündəlik Azərbaycan» qəzetinin redaktoru Xalid Kazımlının da iştirak etdiyi söhbətdə İlham İsmayıl buna hesabatın korrupsiyaya aid bölməsini misal çəkdi: «Korrupsiyaya dair bölümü təhlilçilər necə aparır? Heç bir siyasətçidən soruşmurlar, yalnız iş adamlarından, firmalardan, özü də xarici firmalardan soruşurlar. Ondan sonra korrupsiyanın dərəcəsini müəyyənləşdirirlər. Hansı siyasi partiya rəhbəri deyə bilər ki, mən kiməsə rüşvət verdim? Rüşvət məsələsini məhz iş adamlarından soruşurlar, siyasilərdən yox».


DİNLƏYİN!


XS
SM
MD
LG