Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:49

BMT Baş Assambleyası yanğınlarla bağlı qətnamə qəbul edib


BMT Baş Assambleyasının toplantısı, 9 may 2006
BMT Baş Assambleyasının toplantısı, 9 may 2006

BMT Baş Assambleyası Azərbaycanın işğal olunmuş ərazilərindəki yanğınlarla bağlı qətnamə qəbul edib. Sənəddə işğal olunmuş ərazilərdə təcili olaraq ekoloji əməliyyatın keçirilməsi vurğulanır. Həmçinin bildirilir ki, təkçə yanğınların qarşısının alınması deyil, eyni zamanda, onun mənfi təsirlərinin öyrənilməsi, ümumiyyətlə, bu torpaqların bərpası əməliyyatında beynəlxalq qurumlar Azərbaycana kömək etməlidirlər.


Xarici İşlər naziri Elmar Məmmədyarov deyir ki, ATƏT sədri Brüsseldə regiona göndəriləcək missiya ilə bağlı müzakirələr aparır: «ATƏT sədri yanğınlar zonasına missiya göndərəcək. Missiyaya BMT-nin ekoloji proqramının və ATƏT-in nümayəndələri daxildir. Çox güman ki Minsk Qrupu da öz nümayəndələrini təklif edəcək. Missiyada Azərbaycanın və Ermənistanın mütəxəssisləri də iştirak edəcək. Missiya vəziyyəti qiymətləndirəndən sonra orada ekoloji əməliyyat aparılacaq».


Nazirin sözlərinə görə, missiya yanğınlarla bağlı qiymətləndirmə apardıqdan sonra ATƏT sədri BMT Baş Assambleyasına hesabat hazırlamalıdır.


Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlara da toxunan cənab Məmmədyarov bildirib ki, Minsk Qrupu həmsədrləri Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə ayrı–ayrılıqda görüşəcəklər. Həmsədrlər sentyabrın 12-də Parisdə Vardan Oskanyanla, bir gün sonra isə Londonda Elmar Məmmədyarovla müzakirələr aparacaqlar.


Elmar Məmmədyarov deyir ki, bu təklifi həmsədrlər verib və o, razılaşıb. Nazir hesab edir ki, ermənistanlı həmkarı ilə nə vaxt görüşəcəyi də bu müzakirələrdən sonra məlum olacaq.


XS
SM
MD
LG