Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:29

Sanksiya ilə üzləşən Rusiya bankları hökumətə müracət edib


Qazprombank
Qazprombank

Qərbin sanksiyaları ilə üzləşən Rusiyanın «Qazprombank» və «Rosselxozbank» kömək üçün dövlətə müraciət edib.

Bu barədə avqustun 7-də Rusiya hökumətindəki mənbəyə istinadən «Vedomosti» qəzeti məlumat yayıb.

Məlumata görə, «Rosselxozbank» hökumətdən 100 milyard rubl istəyib. «Qazprombank»da hesab edirlər ki, dövlətin yürütdüyü siyasət üzündən sanksiyalarla üzləşdiklərindən, hökumət də onlara yardım etməlidir.

Qəzet yazır ki, Rusiya Maliyyə nazirliyi banklara yardımın tərəfdarı deyil. Nazirlik hesab edir ki, banklar sanksiya adı altında dövlətdən maksimum yardım almaq istəyir.

Moskvanın Kiyev siyasətinə görə ABŞ və Avropa Birliyi bu ölkəyə qarşı bir neçə dəfə sanksiya qoyub.

XS
SM
MD
LG